...

Azərbaycanda "Diffamasiya haqqında" qanunla bağlı ictimai sorğulara başlanılıb

Cəmiyyət Materials 29 Oktyabr 2009 18:07 (UTC +04:00)
"RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Diffamasiya haqqında" qanunun qəbulunda ictimai təşəbbüslərin rolu" mövzusunda layihəsini davam etdirir", - cümə axşamı Trend News-a "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsindən bildirilib.

Azərbaycan, Bakı, 29 oktyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın Jurnalistləri Müdafiə Komitəsi diffamasiya ilə bağlı sorğular keçirir.

"RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Diffamasiya haqqında" qanunun qəbulunda ictimai təşəbbüslərin rolu" mövzusunda layihəsini davam etdirir", - cümə axşamı Trend -a "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsindən bildirilib.

Trend -un arayışı: "Diffamasiya haqqında" qanun layihəsi 2005-ci ildə ATƏT-in Bakı ofisinin dəstəyi ilə hazırlanıb. Qanun layihəsini hazırlayan işçi qrupuna millət vəkillləri Qənirə Paşayeva, Azay Quliyev, jurnalist təşkilatlarının nümayəndələri və hüquqşünaslar daxildir.

Beynəlxalq təşkilatlar hesab edirlər ki, təhqirə və böhtana görə cinayət məsuliyyəti nəzərdə tutulan 147-ci (böhtan) və 148-ci (təhqir) maddələr Cinayət Məcəlləsindən çıxarılmalıdır.

Layihə çərçivəsində artıq sorğulara başlanılıb. "Sorğular iki istiqamətdə aparılır. Birinci istiqamət üzrə "Diffamasiya haqqında" qanunun qəbuluna dövlət məmurlarının necə yanaşdığı müəyyənləşdiriləcək. Sorğu nazirliklərin, komitə rəhbərlərinin, dövlət idarə, müəssisə və təşkilatlarının rəhbər şəxslərindən olmaqla, ümumilikdə 500 respondent arasında keçirilir. Rəyi soruşulanlara "Azərbaycanda "Diffamasiya haqqında" qanunun qəbulu cəmiyyətə nə verə bilər" sualı ünvanlanıb. Sorğu anketlərində diffamasiyanın mahiyyətinin izahı verilir", - məlumatda vurğulanır.

Sorğunun ikinci istiqamətində kütləvi informasiya vasitələri (KİV) təmsilçilərinin "Diffamasiya haqqında" qanunun qəbuluna münasibəti əks olunur. Burada başlıca sual "Diffamasiya haqqında" qanunun qəbulu jurnalist fəaliyyətinə nə kimi təsir göstərə bilər" şəklində qoyulacaq. Sorğu aparıcı KİV-lərin rəhbərləri, orada çalışan jurnalistlər olmaqla, ümumilikdə 500 respondent arasında keçirilir.

Sorğuların nəticələri "Diffamasiya: cəmiyyət ona hazırdırmı" mövzusunda dəyirmi masada müzakirə ediləcək.

"Diffamasiya haqqında" qanun layihəsinin qəbulu ilə bağlı bu ilin mayında 6 jurnalist təşkilatı - Azərbaycan Jurnalistlər Birliyi, Nəcəf Nəcəfov Fondu, Jurnalistika və İnkişaf Mərkəzi, "Yeni Nəsil" Jurnalistlər Birliyi, Azərbaycan Media Mərkəzi və Demokratik Jurnalistlər Liqası parlamentə müraciət etmişdi. Sonradan həmin müraciətə 400-ə yaxın KİV nümayəndəsi, jurnalist təşkilatlarının üzvləri də qoşulub. Qanun layihəsi ATƏT-in ekspertizasından keçirilib.

Azərbaycanda dörd minə yaxın kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KİV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti