...

Azərbaycan gimnastları İtaliyada çıxış edəcəklər

Cəmiyyət Materials 6 Noyabr 2009 18:25 (UTC +04:00)
Şənbə günü Desio şəhərində (İtaliya) Azərbaycanın qabaqcıl gimnastları Aliyə Qarayeva və Anna Qurbanovanın da çıxış edəcəyi bədii gimnastika üzrə İtaliya çempionatının ikinci mərhələsi keçiriləcək.
Azərbaycan gimnastları İtaliyada çıxış edəcəklər

Azərbaycan, Bakı, 06 noyabr / Trend , müxbir F.Hüseynli/

Şənbə günü Desio şəhərində (İtaliya) Azərbaycanın qabaqcıl gimnastları Aliyə Qarayeva və Anna Qurbanovanın da çıxış edəcəyi bədii gimnastika üzrə İtaliya çempionatının ikinci mərhələsi keçiriləcək.

Qarayeva Paduya şəhərinin A2 seriyasında çıxış edən "Ardor" komandasında çıxış edir. Qurbanova isə eyniadlı şəhərdən olan komandası "Komense" ilə birlikdə əsas turnirdə - A1 seriyasında yarışır. Bu barədə Azərbaycan Gimnastika Federasiyasından Trend -a bildirilib.

Fibrianoda - birinci mərhələdə azərbaycanlı gimnastlar iplə çıxış ediblər. Anna Qurbanovanın nəticəsi 26,075 bal olub. A1 seriyasında iplə çıxışda ən yüksək nəticəni 27,900 bal toplamış planetin ən güclü gimnastı, Rusiyadan olan olimpiya çempionu Yevgeniya Kanayeva göstərıb.

Aliyə Qarayevanın göstəriciləri 25,450 baldır. İkinci diviziyonda o, 3-cü yeri tutub. Birinci mərhələdən sonra "Ardor" A2 seriyasında 7-ci, "Komense" isə A1 Seriyasında 8-ci mövqeyə sahibdir.

Xəbər lenti

Xəbər lenti