...

Azərbaycan məhkəməsi Gürcüstan vətəndaşının həbs edilməsi barədə prokurorluğun protestini təmin etməyib

Cəmiyyət Materials 9 Noyabr 2009 16:16 (UTC +04:00)
Trend News-un məlumatına görə, bazar ertəsi Ali Məhkəmədə 17 il əvvəl sifarişli qətllərin törədilməsində iştirak edən Gürcüstanın Bolnisi rayonunun sakini Füzuli Məmmədovun barəsindəki hökmdən verilən kassasiya protestinə baxılıb.
Azərbaycan məhkəməsi Gürcüstan vətəndaşının həbs edilməsi barədə prokurorluğun protestini təmin etməyib

Azərbaycan, Bakı, 09 noyabr / Trend , müxbir H.Bağırov/

Azərbaycan məhkəməsi sifarişli qətllərdə təqsirli bilinən Gürcüstan vətəndaşının həbs edilməsi barədə Respublika Prokurorluğunun protestini təmin etməyib.

Trend -un məlumatına görə, bazar ertəsi Ali Məhkəmədə 17 il əvvəl sifarişli qətllərin törədilməsində iştirak edən Gürcüstanın Bolnisi rayonunun sakini Füzuli Məmmədovun barəsindəki hökmdən verilən kassasiya protestinə baxılıb.

Məhkəmə prokurorluğun protestini təmin etməyib və Sumqayıt Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Məmmədov 1991-ci ildən başlayaraq Bakı şəhərində odlu silahla sifarişli qətl hadisələri törətməkdə, basqınlar və qarətlərin həyata keçirilməsini təşkil edən Müğdət Ömərovun dəstəsinin üzvü olmaqda təqsirləndirilib.

Ömərov dəstəsinin üzvü Füzuli Məmmədova iş adamı Vahid Ağalarovun qətlə yetirilməsini sifariş verib. Ömərovdan sifariş alan Məmmədov dəstənin digər üzvləri ilə birlikdə iş adamını vəhşicəsinə qətlə yetirib. Onlar cinayəti Bakı-Samux yolunun kənarında, Çaylı kəndindəki Alaqışlaq adlanan sahədə törədiblər. Vahidi öldürdükdən sonra meyitinə od vuraraq yandırıblar.

Məmmədov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1), qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228), banditizm (217) maddələri ilə ittiham olunub və məhkəmənin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Məmmədov həmin hökmdən apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi cinayətin sübuta yetirilmədiyini əsas gətirərək hökmü ləğv edib və Məmmədovu məhkəmə zalından azad edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti