...

Tanınmış politoloq Rəşad Rzaquliyev Emin Milli və Adnan Hacızadə barəsində məhkəmə qərarını şərh edib

Cəmiyyət Materials 17 Noyabr 2009 20:22 (UTC +04:00)
Müəllifi Tim Berners-Li hesab edilən 1992-ci ildə ilk bloqun yaradılmasından sonra bir çox dövlətlərin məhkəmə təcrübəsində "Bloqerlərin işi" anlayışı meydana gəlib. Vaşinqtonun World Information Access (WIA) Universitetinin intizamlararası tədqiqat qrupunun məlumatına görə, son 5 il ərzində bloq sahəsinin öyrənilməsi nəticəsində dünya üzrə 64 bloqerin ittiham və həbs olunması aşkar edilib.
Tanınmış politoloq Rəşad Rzaquliyev Emin Milli və Adnan Hacızadə barəsində məhkəmə qərarını şərh edib

Azərbaycan, Bakı, 17 noyabr / Trend , müxbir M.Əliyev/

Müəllifi Tim Berners-Li hesab edilən 1992-ci ildə ilk bloqun yaradılmasından sonra bir çox dövlətlərin məhkəmə təcrübəsində "Bloqerlərin işi" anlayışı meydana gəlib. Vaşinqtonun World Information Access (WIA) Universitetinin intizamlararası tədqiqat qrupunun məlumatına görə, son 5 il ərzində bloq sahəsinin öyrənilməsi nəticəsində dünya üzrə 64 bloqerin ittiham və həbs olunması aşkar edilib.

Kanada, ABŞ, Fransa, Böyük Britaniya kimi demokratiya qabaqcılları da öz bloqerlərindən narazıdırlar. Təqsirli bilinən bloqerin orta cəza müddəti 15 aydır. Ən təsirli cəza isə 8 illik həbsdir. Bloqerlər böhtan, iftira, təhqir və bütün dünya üzrə konstitusiya quruluşunun dəyişdirilməsinə çağırışa görə cinayət məsuliyyətinə cəlb edilirlər.

Azərbaycan Sosial Araşdırmalar Fondunun prezidenti politoloq Rəşad Rzaquliyev Trend -a Emin Milli və Adnan Hacızadə barəsində məhkəmə qərarına bu cür şərh verib.

Səbail rayon məhkəməsi noyabr ayının 11-də Emin Millini 2,5 il, Adnan Hacızadəni isə 2 il müddətinə azadlıqdan məhrum edib. Onlar Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) və 127-ci maddələri (qəsdən sağlamlığa az ağır zərbə vurma) ilə təqsirli bilinirlər.

"Emin Abdullayev və Adnan Hacızadə tamamilə başqa maddələrlə cinayət məsuliyyətinə cəlb ediliblər. Bakı restoranlarından birində baş verən hadisəni - məhkəmə təcrübəsində "xuliqanlıq" kimi ittiham edilən halı vicdansızcasına "siyasi drama" çeviriblər.

Hər iki təhsilli və sosial zərərsiz olan insanlar - onlardan biri ilə mən yaxşı tanışam - mənim baxışıma görə, məhkəmənin çox güzəştsiz qərarı ilə dəmir barmaqlıqlar arasında otururlar. Lakin hər şeydən daha ağır odur ki, bir sıra beynəlxalq və xarici institutlar bu iki gənci qəribə şəkildə "siyasi dustaq" və "vicdan məhbusları" adlandırırlar. Şübhəsiz ki, bu da ölkənin demokratik imicinə zərbə vurur", - Rzaquliyev deyib.

Onun fikrincə, araşdırmaların ilk günündən etibarən "xarici müdaxilə dalğası" ölkədə hakimiyyətin "çətin vəziyyətə düşməsinə" gətirib çıxarıb. "Qəribədir ki, avropalı siyasətçilər barışa bilmirlər ki, Azərbaycanda "müstəmləkə demokratiyası" yoxdur və ola da bilməz. Suveren Azərbaycan hakimiyyətinə, xüsusən də bu cür gülünc formada göstərilən təzyiqlər yalnız əks təsir göstərəcək. Standart hadisə, hansı ki heç kim sığortalanmayıb, məhkəmə qarşıdurmasında tərəflərin barışması ilə də başa çata bilərdi. Lakin hesab edirəm ki, bu işi siyasi şouya şevirmək əxlaqsızlıqdır. Bunun qiyməti çox ağır ola bilər", - Sosial Araşdırmalar Fondunun prezidenti deyib.

Xəbər lenti

Xəbər lenti