...

Azərbaycanlı ağırlıqqaldıran Nizami Paşayev Cənubi Koreyada keçirilən dünya çempionatında gümüş medal qazandı

Cəmiyyət Materials 27 Noyabr 2009 17:26 (UTC +04:00)
Cümə günü Azərbaycanın ağırlıqqaldıranı Nizami Paşayev Cənubi Koreyanın Koyana şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında 94 kq-dək çəki dərəcəsində gümüş medala sahib olub.
Azərbaycanlı ağırlıqqaldıran Nizami Paşayev Cənubi Koreyada keçirilən dünya çempionatında gümüş medal qazandı

Azərbaycan, Bakı, 27 noyabr / Trend /

Cümə günü Azərbaycanın ağırlıqqaldıranı Nizami Paşayev Cənubi Koreyanın Koyana şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında 94 kq-dək çəki dərəcəsində gümüş medala sahib olub.

Paşayev Qazaxıstan atleti Vladimir Sedovdan 15 kq az qaldırmaqla, ümumilikdə 387 kiloqramlıq (177+210) nəticə göstərib.

Öz çıxışını 384 kiloqramla başa vuran cənubi koreyalı Kim Min Çjaye bürünc medala layiq görülüb.

Xəbər lenti

Xəbər lenti