...

Belarusiyadakı azərbaycanlılar dövlət strukturlarında nümayəndəlik yaratmaq üçün səy göstərirlər

Cəmiyyət Materials 7 Yanvar 2010 17:48 (UTC +04:00)
Belarusiyadakı azərbaycanlılar ölkənin yüksək dövlət strukturlarında nümayəndəlik yaratmaq üçün səy göstərirlər.
Belarusiyadakı azərbaycanlılar dövlət strukturlarında nümayəndəlik yaratmaq üçün səy göstərirlər

Azərbaycan, Bakı, 07 yanvar / Trend , müxbir M.Əliyev/

Belarusiyadakı Azərbaycanlılar ölkənin yüksək dövlət strukturlarında nümayəndəlik açmaq üçün səy göstərirlər.

"Son zamanlar ölkənin müxtəlif sahələrindəki dövlət strukturlarında, o cümlədən Parlamentdə azərbaycanlılarla bağlı vəziyyət yaxşılaşır", -bu barədə Belorusiya Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov cümə axşamı Trend -a deyib.

Onun sözlərinə görə, BAİK-nin fəaliyyəti Minsklə məhdudlaşmır və hazırda Belorusiyanın 5 əyalətində yaşayan azərbaycanlılarla sıx əməkdaşlıq aparılır.

"Konqres Belorusiyadakı digər ölkələrin diasporaları ilə, həmçinin Ukrayna və Pribaltikadakı Azərbaycan diasporaları ilə əlaqələri inkişaf etdirir", -bu məlumatı Bağırov verib.

Qeyri rəsmi məlumatlara əsasən Belorusiyada 100 minə yaxın azərbaycanlı yaşayır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti