...

Sorbonda "MDB-nin klassik ədəbiyyat"ı öyrəniləcək

Cəmiyyət Materials 30 Yanvar 2010 11:19 (UTC +04:00)
Sorbonda Azərbaycanın ədəbi abidələri öyrəniləcək.
Sorbonda "MDB-nin klassik ədəbiyyat"ı öyrəniləcək

Sorbonda "MDB-nin klassik ədəbiyyat"ı öyrəniləcək. Moskvada rus dilində çapdan çıxan bu seriyadan olan birinci cild cümə günü Parisin tanınmış universitetinə təqdim edilib. Fransa tələbə və müəllimlərinə bu hədiyyə Rusiya-Fransa ili münasibətilə MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən edilib. Bu barədə İTAR-TASS yazıb.

Parisdəki mərasimdə çıxış edən fondun icraçı direktoru Tatyana Bubnova qeyd edib ki, təqdim edilən kitablar arasında Rusiya, Azərbaycan, Belorus və Qırğızıstanın ədəbi abidələri var. "Bu nəşrləri Sorbon kitabxanasına verməklə fransız tədqiqatçıları Birliyin zəngin ədəbi irsi ilə tanış etmək istəyirik", - o deyib.

Paris univerisitetinə təqdim edilən kitablar "MDB dövlətlərinin mədəniyyətlərinin öyrənilməsində mühüm kömək olacaq",- "Sorbonna - Paris-3" kitabxanasının direktoru Elen Şodorey qeyd edib. O, yaxın zamanlarda universitet kafedralarında Birlik ölkələrinin milli ədəbiyyatına həsr edilmiş xüsusi kurs keçiriləcəyini istisna etməyib. Kitabxananın rəhbəri hədiyyələr üçün fond rəhbərliyinə öz təşəkkürünü bildirib.

Orijinal şəkilli, geniş elmi məlumatlarla təchiz edilmiş nəşrlər Sorbon tələbələri və professorlarının böyük marağına səbəb olub. Onlar bu cür çoxtərəfli layihənin həyata keçirilməsini yüksək qiymətləndiriblər.

"Bədii ədəbiyyat" nəşriyyatının baş redaktoru Georgi Pryaxin İTAR-TASS agentliyinə müsahibəsində bildirib ki, seriyanın 60 cildinin buraxılması planlaşdırılır. Onlardan hər birinin hazırlanması MDB dövlətlərinin görkəmli mütəxəssisləri ilə sıx əlaqədə həyata keçirilir. Seriyaya daxil edilməsi üçün Milli Elmlər Akademiyasının kitabları seçilir.

Xəbər lenti

Xəbər lenti