...

Azərbaycanda orta məktəbə bomba qoyulması barədə yalan məlumat verməkdə ittiham olunan məktəbli azadlığa buraxılıb

Cəmiyyət Materials 10 Fevral 2010 16:31 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Abşeron rayon sakini, 10-cu sinif şagirdi Şəhriyar Hümbətzadə 5 il şərti cəza alaraq, məhkəmə zalından azadlığa buraxılıb.
Azərbaycanda orta məktəbə bomba qoyulması barədə yalan məlumat verməkdə ittiham olunan məktəbli azadlığa buraxılıb

Azərbaycan, Bakı, 10 fevral / Trend , müxbir H.Bağırov/

Azərbaycanda orta məktəbə bomba qoyulması barədə yalan məlumat verməkdə ittiham olunan məktəbli azadlığa buraxılıb.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Abşeron rayon sakini, 10-cu sinif şagirdi Şəhriyar Hümbətzadə 5 il şərti cəza alaraq, məhkəmə zalından azadlığa buraxılıb.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin terror barədə bilə-bilə yalan məlumat vermə (216-cı) maddəsi ilə ittiham olunub.

Naməlum şəxs 2009-cu il noyabrın 20-də Fövqəladə Hallar Nazirliyinin "112" xidmətinə zəng edərək "Ceyranbatan qəsəbəsindəki 1 nömrəli orta məktəbə bomba qoymuşam" deyərək telefonu söndürüb. Məlumat DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülüb, müvafiq tədbirlər görülüb və təsdiqini tapmayıb.

Abşeron rayon polis şöbəsi əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində yalan məlumatın Ceyranbatan qəsəbə sakini, həmin məktəbin 10-cu sinif şagirdi Şəhriyar Hümbətzadə tərəfindən verilməsi müəyyən edilib və o, həbs edilib.

Xəbər lenti

Xəbər lenti