...

Azərbaycan Dövlət Neft Şirkəti məktəblilər arasında ətraf mühitin mühafizəsi mövzusunda beynəlxalq olimpiada keçirəcək

Cəmiyyət Materials 16 Fevral 2010 16:40 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) məktəblilər arasında ətraf mühitin mühafizəsi mövzusunda beynəlxalq olimpiada keçirəcək.
Azərbaycan Dövlət Neft Şirkəti məktəblilər arasında ətraf mühitin mühafizəsi mövzusunda beynəlxalq olimpiada keçirəcək

Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir M.Əliyev/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) məktəblilər arasında ətraf mühitin mühafizəsi mövzusunda beynəlxalq olimpiada keçirəcək.

ARDNŞ-dən çərşənbə axşamı Trend -a bildiriblər ki, genişmiqyaslı ekoloji layihələrdən olan "INEPO-EUROASIA" ətraf mühitin mühafizəsi beynəlxalq layihəsi çərçivəsində 2010-cu il aprel ayının 7-dən 11-nə qədər keçiriləcək olimpiadaya 30-dan çox müxtəlif ölkədən gələn şagirdlər təbiəti qorumaq haqqında öz biliklərini yoxlayacaqlar.

Olimpiadanın keçirilməsində məqsəd ekoloji problemlərin həlli və ətraf mühitin mühafizəsi istiqamətində gənc nəsli məlumatlandırmaq, onlarda ətraf mühitə qarşı həssas münasibət formalaşdırmaq, təbii, mədəni, tarixi və sosial-estetik dəyərlərin qorunması ruhunu yaratmaqdır.

Olimpiadaya təqdim edilən layihələri dünyanın müxtəlif ölkələrindən gələn təcrübəli elm adamlarından ibarət münsiflər heyəti qiymətləndirəcək.

Maraqlanan şagirdlər və məktəblər ekoloji layihələrlə 2010-cu ilin fevral ayının 28-dək qeydiyyatdan keçməlidirlər. Bu tədbirlə əlaqədar maraqlanan şəxslər "INEPO-EUROASIA" Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasının koordinatoru Ünal Akçaya və ARDNŞ-nin olimpiada üzrə koordinatoru, şirkətin Ekologiya İdarəsinin Xarici əlaqələr şöbəsinin rəisi Anar Hüseynova müraciət edə bilərlər.

Tədbir ARDNŞ-nin maliyyə dəstəyi, Təhsil Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İctimai Televiziyanın və "Çağ" Öyrətim İşlətmələri Şirkətinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Xəbər lenti

Xəbər lenti