...

Azərbaycanda hakimlər qətimkan tədbiri kimi həbsə üstünlük verirlər - Ali Məhkəmənin sədri

Cəmiyyət Materials 2 Mart 2010 11:44 (UTC +04:00)
Azərbaycanda hakimlər təəssüflər olsun ki, qətimkan tədbiri kimi həbsə üstünlük verirlər. Azərbaycanda girov qətimkan tədbiri tətbiq olunmur, başqa yerə getməmək, ev dustaqlığı qətimkan tədbirləri seçilmir. Trend News-un məlumatına görə, bunu çərşənbə axşamı Ali Məhkəmədə keçirilən ilin yekunlarına dair iclasda məhkəmənin sədri Ramiz Rzayev deyib.
Azərbaycanda hakimlər qətimkan tədbiri kimi həbsə üstünlük verirlər - Ali Məhkəmənin sədri

Azərbaycan, Bakı, 2 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda hakimlər təəssüflər olsun ki, qətimkan tədbiri kimi həbsə üstünlük verirlər. Azərbaycanda girov qətimkan tədbiri tətbiq olunmur, başqa yerə getməmək, ev dustaqlığı qətimkan tədbirləri seçilmir. Trend -un məlumatına görə, bunu çərşənbə axşamı Ali Məhkəmədə keçirilən ilin yekunlarına dair iclasda məhkəmənin sədri Ramiz Rzayev deyib.

"Həbs ən ağır, ən sərt qətimkan tədbiridir və müstəsna hallarda seçilməlidir. Şəxsin istintaqdan qaçıb gizlənməsi, istintaqa təsir etməsi üçün əsaslar olarsa, həbs seçilməlidir. Məhkəmə həbslə bağlı qərar qəbul edərkən bu halları əsaslandırmalıdır. Mülahizələrlə belə qərar qəbul etmək olmaz", - Rzayev əlavə edib.

Rzayev ümid edir ki, Ali Məhkəmənin bununla bağlı qərarı bu sahədə dönüş yaradacaq. Artıq məhkəmələr tərəfindən buna həssas yanaşma var.

"Bir sıra hallarda artıq həbslə bağlı vəsatətlər təmin olunmur. Prokurorluq da bu məsələyə artıq diqqətlə yanaşır. Belə pozuntulara yol verən 3 hakimin səlahiyyətinə xitam verildi, bir qisminə töhmət verildi, bir qismi aşağı vəzifəyə keçirildi", - o əlavə edib.

Məhkəmə-Hüquq Şurasının ötən il dekabrın sonunda keçirilən iclasında bəyan edilib ki, Azərbaycanda həbs qətimkan tədbiri seçilərkən pozuntulara yol vermiş 14 hakim barəsində intizam icraatı başlayıb.

İclasda bildirilib ki, əməliyyat-axtarış, təhqiqat və ibtidai istintaq orqanlarının qəbul etdiyi qərarların qanuniliyini təmin etmək məqsədilə məhkəmə nəzarəti institutu təsbit olunub, həbs qətimkan tədbirinin seçilməsi məhkəmələrin müstəsna səlahiyyətinə aid edilib. Lakin ümumiləşdirmə göstərmişdir ki, bəzi hakimlər tərəfindən səmərəli məhkəmə nəzarəti həyata keçirilməyib, bu sahədə kobud qanun pozuntularına yol verilib.

İclasda qətimkan tədbirlərinin ən ciddi növü olan həbsin cinayət prosessual qanunvericiliyin tələbləri və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi nəzərə alınmadan əsassız seçilməsinin, bu işə formal münasibət bəslənilməsinin yolverilməz olması qeyd edilib.

Xəbər lenti

Xəbər lenti