...

Azərbaycan Bakıda keçiriləcək Dünya Çempionatında iştirak etmək üçün erməni qılıncoynadanlarının təhlükəsizliyinə zəmanət verir

Cəmiyyət Materials 5 Mart 2010 17:05 (UTC +04:00)
Azərbaycan Gənclər və İdman Nazirliyi Bakıda keçiriləcək gənclər və yeniyetmələr arasında qılıncoynatma üzrə Dünya Çempionatında iştirak etmək istəyən erməni idmançıların təhlükəsizliyinə zəmanət verir.
Azərbaycan Bakıda keçiriləcək Dünya Çempionatında iştirak etmək üçün erməni qılıncoynadanlarının təhlükəsizliyinə zəmanət verir

Azərbaycan, Bakı, 5 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycan Gənclər və İdman Nazirliyi Bakıda keçiriləcək gənclər və yeniyetmələr arasında qılıncoynatma üzrə Dünya Çempionatında iştirak etmək istəyən erməni idmançıların təhlükəsizliyinə zəmanət verir. Bu barədə gənclər və idman naziri Azad Rəhimov cümə günü jurnalistlərə bildirib.

Aprelin 2-10-da Bakıda gənclər və yeniyetmələr arasında qılıncoynatma üzrə Dünya Çempionatı keçiriləcək.

Nazirin sözlərinə görə, idmançıların təhlükəsizliyinin təminatı məsələləri ilə bağlı erməni tərəfi ilə zəmanətli məktub formasında saziş əldə olunub və təkrar rəsmi müraciətin qəbuluna ehtiyac yoxdur.

Azərbaycanın basketbol üzrə yığma komandasının bu il iyunun 28-dən iyulun 3-dək Yerevanda keçiriləcək Avropa çempionatının "C" divizionunda iştirakdan imtina etməsinə gəlincə, Rəhimov deyib ki, bu, Voleybol Federasiyasının qərarıdır və Gənclər və İdman Nazirliyinə aidiyyatı yoxdur.

Xəbər lenti

Xəbər lenti