...

Azərbaycan və İordaniya arasında gənclər və idman sahəsində ikitərəfli sazişin imzalanması müzakirə edilib

Cəmiyyət Materials 10 Mart 2010 13:54 (UTC +04:00)
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu gün İordaniya Haşimilər Krallığının Gənclərlə İş üzrə Ali Şurası Baş Katibliyinin rəsmi nümayəndə heyətini qəbul edib. Bu barədə çərşənbə günü Trend News-a nazirliyin mətbuat xidmətindən bildirilib.
Azərbaycan və İordaniya arasında gənclər və idman sahəsində ikitərəfli sazişin imzalanması müzakirə edilib

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu gün İordaniya Haşimilər Krallığının Gənclərlə İş üzrə Ali Şurası Baş Katibliyinin rəsmi nümayəndə heyətini qəbul edib. Bu barədə çərşənbə günü Trend -a nazirliyin mətbuat xidmətindən bildirilib.

"Görüş zamanı "Azərbaycan Hökuməti və İordaniya Hökuməti arasında 2010-2012-ci illər üçün elm və təhsil, mədəniyyət və incəsənət, gənclər və idman, arxeologiya, səhiyyə və media sahələri üzrə İcraedici Əməkdaşlıq Proqramı" çərçivəsində gənclər və idman sahəsində ayrı-ayrılıqda ikitərəfli sazişin imzalanması məsələsi də müzakirə edilib", - məlumatda deyilir.

Nümayəndə heyətinin tərkibində İordaniya Haşimilər Krallığının Gənclərlə İş üzrə Ali Şurasının baş katibi Sari Hamdan, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, nümayəndə heyətinin rəhbəri, Əbdürrəhman Armuti, gənclər hərəkətinin təşviqi üzrə Milli Fondun baş direktoru Arif İshakat, beynəlxalq təşkilatlar bölməsinin rəisi Narin Haj Tass olublar.

Nazir Azərbaycan və İordaniya gənclərinin İslam ölkələrinin gənclər forumu layihəsi çərçivəsində tez-tez görüşüb, sıx əlaqədə olduqlarını da bildirib.

Sari Hamdan gənclər və idman sahəsində artıq real əməkdaşlığın önəmindən söz açaraq, hər iki ölkənin gənclər təşkilatlarının rəhbərlərinin görüşərək gələcək layihələri birgə müzakirə etmələri, İordaniya idmançılarının Azərbaycanda təlim-məşq toplantılarına qatılmaları təkliflərini irəli sürüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti