...

Azərbaycanda "Əmlak bazarı" jurnalının 50-ci sayı oxuculara təqdim olunub

Cəmiyyət Materials 31 Mart 2010 17:22 (UTC +04:00)
"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin mətbu orqanı olan "Əmlak bazarı" jurnalının 50-ci sayı oxuculara təqdim olunub.
Azərbaycanda "Əmlak bazarı" jurnalının 50-ci sayı oxuculara təqdim olunub

Azərbaycan, Bakı, 31 mart / Trend /

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin mətbu orqanı olan "Əmlak bazarı" jurnalının 50-ci sayı oxuculara təqdim olunub.

"Əmlak bazarı" jurnalı ötən dörd il ərzində respublikamızda cərayan edən sosial-iqtisadi proseslərə diqqət yetirən, onları işıqlandıran, təhlil edən KİV-lər arasında özünəməxsus yer tutmaqla yanaşı, əmlak bazarı, xüsusilə də daşınmaz əmlak bazarı və tikinti sektorunda əsas aparıcı KİV olaraq bu sahəyə peşəkar baxışdan yanaşan yeganə mətbu orqandır.

"Əmlak bazarı" jurnalı respublikanın əmlak bazarının, xüsusilə daşınmaz əmlak bazarının araşdırılmasını həyata keçirən yeganə təşkilat olan "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin mətbu orqanı olaraq Azərbaycanın əmlak bazarının müxtəlif sahələri üzrə informasiya təminatını həyata keçirmək, baş verən proseslərə analitik baxımdan yanaşma, ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi sahəsində xüsusi fəaliyyəti ilə seçilir.

Jurnal daşınmaz əmlak bazarının inkişafına təkan verməyə çalışaraq bazarın əsas iştirakçıları olan tikinti və rieltor şirkətlərinin bu sahədəki fəaliyyətlərinin mahiyyətini ictimaiyyətə çatdırmağa, banklar, sığorta şirkətləri, daşınmaz əmlak bazarına aidiyyatı olan dövlət qurumlarının bu sahədəki rolunun əhəmiyyətini işıqlandırmağa çalışıb.

Xəbər lenti

Xəbər lenti