...

2010/2011-ci tədris ilində Azərbaycanda ali məktəblərə daxil olmaq üçün planlı yerlərin müəyyən olunması üzrə proporsiya saxlanılacaq

Cəmiyyət Materials 20 Aprel 2010 15:02 (UTC +04:00)
2010/2011-ci tədris ilində Azərbaycanda ali məktəblərə daxil olmaq üçün dövlət sifarişi üzrə planlı yerlərin müəyyən olunmasındakı proporsiya saxlanılacaq. Bunu çərşənbə axşamı jurnalistlərə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının təşkilati şöbəsinin müdiri Arzu Bağırov deyib.
2010/2011-ci tədris ilində Azərbaycanda ali məktəblərə daxil olmaq üçün planlı yerlərin müəyyən olunması üzrə proporsiya saxlanılacaq

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir Z.Əhmədova/

2010/2011-ci tədris ilində Azərbaycanda ali məktəblərə daxil olmaq üçün dövlət sifarişi üzrə planlı yerlərin müəyyən olunmasındakı proporsiya saxlanılacaq. Bunu çərşənbə axşamı jurnalistlərə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının təşkilati şöbəsinin müdiri Arzu Bağırov deyib.

"Ali tədris müəssisələrində yeni maliyyələşdirmə mexanizminin tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2010-cu il tarixli fərmanında 2010/2011-ci tədris ilində dövlət sifarişi əsasında tələbələrin ali məktəblərə qəbulu üzrə proqnozun 15 mart 2010-cu ilədək təsdiqlənməsi barədə göstərişlər verilib.

"Planlı yerlərin ilkin işçi siyahısı Dövlət Komissiyasına təqdim olunub, lakin onun Nazirlər Kabineti tərəfindən təsdiqlənməsi lazımdır", - Bağırov deyib.

Tam orta təhsil bazasında ali tədris müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər aprelin 20-dən mayın 31-dək elektron ərizələri doldurmalı və lazımi sənədləri təsdiqlənmək üçün aprelin 30-dan mayın 31-nə kimi sənəd qəbulu üzrə müvafiq komissiyalara təqdim etməlidir.

Bağırovun sözlərinə görə, Dövlət Komissiyası sənəd qəbulu üzrə 130-a yaxın komissiya təşkil edib və onlar Azərbaycanın bütün regionlarında fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti