...

Professor Zəki Kazımzadənin "Elektrotexnikanın nəzəri əsasları" adlı kitabı latın əlifbasında nəşr olunub (FOTO)

Cəmiyyət Materials 3 May 2010 15:37 (UTC +04:00)
Professor Zəki Kazımzadənin "Elektrotexnikanın nəzəri əsasları" adlı kitabı latın əlifbasında nəşr olunub
Professor Zəki Kazımzadənin "Elektrotexnikanın nəzəri əsasları" adlı kitabı latın əlifbasında nəşr olunub (FOTO)

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir T.Hacıyev/ Texniki elmlər doktoru, professor Zəki Kazımzadənin "Elektrotexnikanın nəzəri əsasları" adlı kitabının latın əlifbasında ikinci nəşri çapdan çıxıb. Trend-in məlumatına görə, 100 tirajda nəşr olunan kitab ali texniki məktəblərin ixtisas fakültələrinin "Nəzəri elektronika" proqramına uyğun olaraq tərtib edilib.

"Elektrotexnikanın nəzəri əsasları" kitabı ilk dəfə 1950-ci ildə kril əlifbası ilə çap olunub. Kitab, bu sahənin ekspertləri üçün "stolüstü kitaba" çevrilən fundomental əməkdir.

Professor Zəki Kazımzadə 1908-ci ildə Bakı şəhərində anadan olub. Elmi fəaliyyəti dövründə elektrotexnikaya aid bir çox dərs vəsaitləri və elmi əsərlər yazıb. Onun "Ümumi elektrotexnika", "Sənayenin energetik bazası", "Xalq təsərrüfatının avtomatlaşdırılması", "Elektrik enerjisinin yeni üsullarla istehsalı" adlı əsərləri tək Azərbaycanda deyil, həmçinin Yaxın Şərq və Orta Asiya ölkələrində də geniş istifadə olunur.

"Elektrotexnikanın nəzəri əsasları" kitabı "Dəyişən və sabit cərəyanın alınması", "Çoxfazalı dəyişən cərəyanlar", "Dəmir nüvəli elektrik dövrələri" və elektrotexnikanın digər nəzəri əsaslarını əhatə edən 21 fəsildən ibarətdir.

Kitab ali məktəb tələbələri, istehsalatda çalışan mühəndis-texniki işçilər, eləcə də elektrotexnika və nəzəri fizika ixtisası üzrə çalışan elmi işçilərin istifadəsi üçün nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti