...

Azərbaycanın milli qəhrəmanlarından bəhs edən "Milli qəhrəmanlar zirvəsi" adlı kitabın təqdimat mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 8 May 2010 20:03 (UTC +04:00)
Azərbaycanın milli qəhrəmanlarından bəhs edən “Milli qəhrəmanlar zirvəsi” adlı kitabın şənbə günü təqdimat mərasimi keçirilib.
Azərbaycanın milli qəhrəmanlarından bəhs edən "Milli qəhrəmanlar zirvəsi" adlı kitabın təqdimat mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir M. Əliyev /

Azərbaycanın milli qəhrəmanlarından bəhs edən "Milli qəhrəmanlar zirvəsi" adlı kitabın şənbə günü təqdimat mərasimi keçirilib.

Atatürk Mərkəzində keçirilən təqdimat mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, "Milli qəhrəmanlar zirvəsi" kitabının azərbaycançılıq ideyalarının təbliğində əvəzsiz rolu var. Nazirin sözlərinə görə, bu kitab dostlarımız və düşmənlərimiz üçün mesajdır ki, Azərbaycan xalqı qorxaq deyil, Qarabağ uğrunda 200-dən çox qəhrəman verib və bundan sonra da gərəkli olduqda, Vətən uğrunda qəhrəman verməyə hazırdır.

"Bir zamanlar azərbaycanlıların döyüşkən olmadığı barədə qərəzli fikirlər yayılırdı və bu kitab azərbaycanlıların qəhrəmanlığının sübutudur", - Mərdanov bildirib.

Nazir  ölkəmizin məktəblərində, ali təhsil müəssisələrində kitabın yayılmasının zəruri olduğunu qeyd edib.

Millət vəkili, kitabın baş məsləhətçisi Qənirə Paşayeva təqdimat mərasimində bildirib ki, milli qəhrəmanlarımız barədə geniş məlumatlar gələcək nəsillərimiz üçün lazımdır ki, onlar Vətəni dəlicəsinə sevmək necə olduğunu öyrənsinlər. Onun sözlərinə görə, qəhrəmanlarımızı tarixdə yaşatmaqla Azərbaycan millətində özünə inamı möhkəmləndiririk.

"Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin hər zaman milli qəhrəmanlarımızın valideynlərinə  qayğı göstərib, onlarla tez-tez görüşüb və hazırda President İlham Əliyev də bu işi layiqincə davam etdirir", - Paşayeva bildirib.

Deputatın sözlərinə görə, şəhid valideyinləri ilə görüşdüyü zaman onların yalnız bir xahişi olur - övladlarının xatirəsinin yaşadılması.

Tədbirdə çıxış edən "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov bildirib ki, "Milli qəhrəmanlar zirvəsi" kitabı Qarabağ müharibəsində şəhid olanların xatirəsini bir daha əbədiləşdirdi. Onun fikrincə, bu kitab gənc nəsillərə ermənilər kimi düşmənimizdən torpaqlarımızı azad etməyə səsləyəcək.

Millət vəkili Nizami Cəfərov çıxışında kitabın üstünlüklərindən biri kimi, Azərbaycanın azadlığı uğrunda vuruşub, milli qəhrəman adını alanlar haqda sistemli şəkildə dəqiq və zəruri məlumatların olmasını deyib.

"Milli qəhrəmanların ölümdən sonrakı həyatı, onlara bizim münasibətimiz, cəmiyətdəki yeri vacibdir", - millət vəkili bildirib.

Xəbər lenti

Xəbər lenti