...

Azərbaycanlı uşaqlar psixoloji problemlərdən əziyyət çəkirlər

Cəmiyyət Materials 1 İyun 2010 18:42 (UTC +04:00)
Azərbaycanlı uşaqlar psixoloji problemlərdən əziyyət çəkirlər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Təhsil Nazirliyində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı "Uşaq qaynar xətt" xidmətinin direktoru Cəmilə Tağıyeva bildirib.
Azərbaycanlı uşaqlar psixoloji problemlərdən əziyyət çəkirlər

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycanlı uşaqlar psixoloji problemlərdən əziyyət çəkirlər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Təhsil Nazirliyində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı "Uşaq qaynar xətt" xidmətinin direktoru Cəmilə Tağıyeva bildirib.

Onun sözlərinə görə, yarandığı gündən etibarən qaynar xəttə müraciət edənlərdən 91 nəfər psixoloji, 38 nəfər sosial, 23 nəfər hüquqi, 60 nəfər təhsil, 26 nəfər səhiyyə və 23 nəfər digər problemlərə görə "qaynar xətt"ə müraciət edib.

"Müraciət edənlər ailə problemləri, həyatın mənasızlığı, narahatlıq, ünsiyyət çatışmazlığı kimi psixoloji problemlərdən şikayət ediblər. Psixoloqun məsləhətlərindən bəhrələnərək daim zəng edən uşaqlar da var", - Tağıyeva əlavə edib.

"Uşaq qaynar xətt" xidməti 2010-cu il fevralın 18-də yaradılıb. Qaynar xətt xidmətində çalışan psixoloq, sosial işçi və digər mütəxəssislər ehtiyacı olan uşaqlara peşəkar xidmət göstərir, risk qrupuna aid olan uşaqların və ailələrin vaxtında aşkarlanmasına kömək edir.

Xəbər lenti

Xəbər lenti