...

Azərbaycanda ekoturizmə həsr olunan konfrans keçiriləcək

Cəmiyyət Materials 9 İyun 2010 15:44 (UTC +04:00)
Azərbaycanda ekoturizmə həsr olunan konfrans keçiriləcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat veriblər.
Azərbaycanda ekoturizmə həsr olunan konfrans keçiriləcək

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda ekoturizmə həsr olunan konfrans keçiriləcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat veriblər.

Məlumatda bildirilir ki, Mədəniyyət və Turizm Nazirliyi ilə birgə təşkil olunan "Ekoturizmin inkişafında ekoloji, iqtisadi və mədəni üstünlüklərin müəyyən edilməsinin əsasları" mövzusunda Beynəlxalq ekoregion konfrans və İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin ekoturizm üzrə 2-ci Ekspert Qrupunun görüşü iyunun 10-12-də baş tutacaq.

Tədbirdə "Azərbaycanın Milli parklarının ekoturizm potensialı", "Cəmiyyət-təbiət münasibətlərində ekoturizmin rolu, bu sahədəki beynəlxalq təcrübə", "Milli parklardə ekoturizm fəaliyyətinin tənzimlənməsi", "Müasir dövrdə davamlı turizmin (turbiznesin) inkişafında ekoturizmin rolu", "Azərbaycanın Dağlıq Şirvan iqtisadi-coğrafi rayonunun ekoturizm resursu", "Şirvan Milli Parkında ekoturizmin inkişafı: perspektivlər- problemlər", "Şirvan Milli Parkı ərazisində davamlı ekoturizm fəaliyyətinin həyata keçirilməsinin əsas prinsipləri", "Zaqatala rayonunda ekoturizmin inkişaf perspektivləri", Azərbaycanda aqroekoturizmin inkişaf etdirilməsinə dair" (Abşeron yarımadası, Çaylı kəndi timsalında) və "Konkret bir ekoturizm məhsulunun təqdimatı" mövzuları müzakirə olunacaq.

İyunun 12-də iştirakçılar üçün ETSN-in Şirvan Milli Parkına ekskursiya təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti