...

Fövqəladə Hallar Nazirliyi jurnalistləri mükafatlandırıb

Cəmiyyət Materials 24 İyul 2010 15:06 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyində Milli Mətbuatın 135 illik yubileyi ilə bağlı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirilib. Bu barədə FHN-in mətbuat xidmətindən məlumat veriblər
Fövqəladə Hallar Nazirliyi jurnalistləri mükafatlandırıb

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir T.Hacıyev/

Fövqəladə Hallar Nazirliyində Milli Mətbuatın 135 illik yubileyi ilə bağlı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirilib. Bu barədə FHN-in mətbuat xidmətindən məlumat veriblər.

Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev yubiley münasibətilə jurnalistləri təbrik edib. Azərbaycan Milli Mətbuatının zəngin ənənələrindən, milli mətbuatımızın inkişafında ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərindən danışıb, mətbuata göstərilən diqqət və qayğının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Fövqəladə Hallar Nazirliyinin çoxşaxəli fəaliyyətinin ölkə ictimaiyyətinə çatdırılmasında jurnalistlərin əməyini təqdir edən nazir müavini Hacıyev onlara yaradıcılıq uğurları arzulayıb.

Mərasimdə Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev də çıxış edib.

Görüşün sonunda Milli Mətbuat günü münasibəsilə fövqəladə halların nəticələrinin aradan qaldırılması əməliyyatlarında iştirak zamanı göstərdikləri fədakarlığa və həmrəyliyə, habelə faydalı əməkdaşlığa görə bir qrup jurnalistə Fövqəladə Hallar Nazirliyinin "Əməkdaşlığa görə" döş nişanı təqdim edilib.

Mükafatlandırılan media qurumları arasında Trend İnformasiya Agentliyi də var.

Xəbər lenti

Xəbər lenti