...

Azərbaycanın Abşeron çimərliklərində bərk məişət tullantılarını müvafiq qaydada idarə etməyən obyektlər cərimələnib

Cəmiyyət Materials 19 Avqust 2010 14:09 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin əməkdaşları tərəfindən Xəzər akvatoriyasının çirklənmədən qorunmasının qarşısının alınması məqsədilə, Xəzər rayonu Buzovna, Şüvəlan, Mərdəkan və Zirə çimərliklərində bərk məişət tullantılarının qanunamüvafiq qaydada idarə olunması vəziyyətini yoxlayan reyd keçirilib.
Azərbaycanın Abşeron çimərliklərində bərk məişət tullantılarını müvafiq qaydada idarə etməyən obyektlər cərimələnib

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir M.Əliyev/

Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin əməkdaşları tərəfindən Xəzər akvatoriyasının çirklənmədən qorunmasının qarşısının alınması məqsədilə, Xəzər rayonu Buzovna, Şüvəlan, Mərdəkan və Zirə çimərliklərində bərk məişət tullantılarının qanunamüvafiq qaydada idarə olunması vəziyyətini yoxlayan reyd keçirilib.

Reyd zamanı Xəzər rayonu Buzovna çimərliyində bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə "Gilavar", "Sahil", "Titanik", "Dostlar" və "Laçın" iaşə obyektilərinin iş icraçıları, hər biri fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə olunub.

Xəzər rayonu Şüvəlan çimərliyində fəaliyyət göstərən iaşə obyektlərində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə, iş icraçıları hər biri fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə olunublar.

Xəzər rayonu Şüvəlan çimərliyində fəaliyyət göstərən "Azad-T" firmasına məxsus iaşə obyektində bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə, firma hüquqi şəxs qismində inzibati qaydada 6 500 manat məbləğində cərimə edilib.

Xəzər rayonu Şüvəlan çimərliyində bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə, "Yeni dalğa","Delfin" iaşə obyektlərinin iş icraçıları hər biri fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə olunublar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Abşeron çimərliklərində Xəzər akvatoriyasını çirkləndirən daha bir neçə şəxsi cərimə edib.

Xəbər lenti

Xəbər lenti