...

Diffamasiya haqqında qanun qəbul olunarkən, ölkənin və ictimaiyyətin maraqları nəzərə alınacaq – Azərbaycan Prezidenti Administrasiyasının nümayəndəsi

Cəmiyyət Materials 6 Sentyabr 2010 12:04 (UTC +04:00)
KİV-in özünütənzimləməsi təkcə azadlığın ifadə olunmasının inkişaf vasitəsi deyil, həm də jurnalistlərin peşə etikasının inkişafı olmalıdır. Bu barədə Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Vüqar Əliyev bazar ertəsi "KİV-in özünütənzimləmə yolu ilə azadlığın ifadə olunmasının qorunub-saxlanması" adlı tədbirdə bildirib.
Diffamasiya haqqında qanun qəbul olunarkən, ölkənin və ictimaiyyətin maraqları nəzərə alınacaq – Azərbaycan Prezidenti Administrasiyasının nümayəndəsi

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir M.Əliyev/

KİV-in özünütənzimləməsi təkcə azadlığın ifadə olunmasının inkişaf vasitəsi deyil, həm də jurnalistlərin peşə etikasının inkişafı olmalıdır. Bu barədə Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Vüqar Əliyev bazar ertəsi "KİV-in özünütənzimləmə yolu ilə azadlığın ifadə olunmasının qorunub-saxlanması" adlı tədbirdə bildirib.

Əliyev həm də kütləvi informasiya vasitələrinin maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu da qeyd edib.

"Diffamasiya haqqında qanun qəbul edilərkən ölkənin və ictimaiyyətin maraqlarını nəzərə almaq lazımdır və bütün təkliflər öyrənilməlidir", - Əliyev bildirib.

"Diffamasiya haqqında" qanun layihəsi 2005-ci ildə ATƏT-in Bakı ofisinin dəstəyi ilə hazırlanıb. Onu hazırlayan işçi qrupa millət vəkilləri Qənirə Paşayeva, Azay Quliyev, jurnalist təşkilatlarının nümayəndələri, hüquqşünaslar daxildirlər.

Beynəlxalq təşkilatlar hesab edirlər ki, təhqirə və böhtana görə cinayət məsuliyyəti nəzərdə tutulan 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri Cinayət Məcəlləsindən çıxarılmalıdır.

"Diffamasiya haqqında" qanun layihəsinin qəbulu ilə bağlı 2009-cu ilin mayında 6 jurnalist təşkilatı - Azərbaycan Jurnalistlər Birliyi, Nəcəf Nəcəfov Fondu, Jurnalistika və İnkişaf Mərkəzi, "Yeni Nəsil" Jurnalistlər Birliyi, Azərbaycan Media Mərkəzi və Demokratik Jurnalistlər Liqası Parlamentə müraciət etmişdi. Sonradan həmin müraciətə 400-ə yaxın KİV nümayəndəsi, jurnalist təşkilatlarının üzvləri də qoşulublar. Qanun layihəsi ATƏT-in ekspertizasından keçirilib.

Xəbər lenti

Xəbər lenti