...

Azərbaycan gimnastı "Bosfor Kuboku"nun mükafatçısı olub

Cəmiyyət Materials 30 Sentyabr 2010 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

İstanbulda gimnastika üzrə ənənəvi "Bosfor Kuboku" beynəlxalq turniri keçirilib. Bu barədə cümə axşamı Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat verib.

Yarışda üç Azərbaycan idmançısı çıxış edib.

Ən yaxşı nəticəni at üzərində hərəkətlərin final mərhələsində üçüncü yeri tutan yeniyetmə Elvin Ağadadayev göstərib. Hakimlərdən 13.75 bal alan gimnastımız yalnız İran və Türkiyə idmançılarından geri qalıb.

Çoxnövçülükdə isə Ağadadayev 77.1 balla dördüncü yeri tutub. O, özündən irəliyə üç Türkiyə idmançısını buraxıb. Ağadadayev halqa və paralel tirlərlə hərəkətlərin finalında ən yaxşıların kvartetinə daxil olub.

Yeniyetmələr arasında çıxış edən Ruslan Balakişiyevin halqalarla hərəkətlərdə ən yaxşı göstəricisi yeddinci yer olub. Eyni mövqeni at üzərində hərəkətlərin finalında yeddinci yeri tutan Uğur Xəlilbəyli də tutub.

Digər Azərbaycan gimnastı Şakir Şıxəliyev Avstriyada keçirilən beynəlxalq turnirdə iştirak edib.

O, şəxsi çoxnövçülükdə 39 iştirakçı arasında 79.4 ballıq ümumi nəticə ilə 18-ci yeri tutub. Bu turnir oktyabrın ortalarında Rotterdamda keçiriləcək dünya çempionatından əvvəl yoxlama xarakteri daşıyıb.

Xəbər lenti

Xəbər lenti