...

11 Bakı məktəblisi Liditsedə beynəlxalq uşaq sərgisində fəxri medallarla təltif olunub (FOTO) (ƏLAVƏ OLUNUB-2)

Cəmiyyət Materials 29 Oktyabr 2010 18:33 (UTC +04:00)
On bir Bakı məktəblisi Liditsedə 38-ci illik beynəlxalq təsviri incəsənət uşaq sərgisində iştiraka görə fəxri medallarla təltif olunub.
11 Bakı məktəblisi Liditsedə beynəlxalq uşaq sərgisində fəxri medallarla təltif olunub (FOTO) (ƏLAVƏ OLUNUB-2)

RED. əlav.: Mükafatlandırma mərasimi və Liditsedəki sərgi haqqında ətraflı məlumatlar əalvə olunub

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir Y.Ostapenko/

On bir Bakı məktəblisi Liditsedə 38-ci illik beynəlxalq təsviri incəsənət uşaq sərgisində iştiraka görə fəxri medallarla təltif olunub.

Mükafatlandırma cümə günü Çexiyanın Azərbaycandakı səfirliyində keçirilib. Qaliblərə fəxri diplom və medalları Çexiyanın Azərbaycandakı səfiri Radek Matula təqdim edib.

Səfir uşaqlara iştiraka, valideyn və müəllimlərə isə kömək və yaxşı işə görə təşəkkür edib, eləcə də gənc rəssamları növbəti - 39-cu müsabiqədə fəal iştiraka səsləyib.

Liditsdə illik beynəlxalq təsviri incəsənət uşaq sərgisi 1967-ci ildə İkinci Dünya Müharibəsi zamanı faşistlər tərəfindən Çexiyanın Liditse kəndində öldürülən, eləcə də hərbi münqişələrdə həlak olan bütün uşaqların xatirəsini yad etmək üçün yaradılıb.

Liditsedə keçirilən rəssamlıq müsabiqəsi bütün dünyada məşhurdur. Hər il bu müsabiqədə onlarla ölkənin uşaqları iştirak edir. Ən yaxşı işlərin müəllifləri medallar və ya diplomla təltif olunur. Sonra Liditse qalereyasında təltif olunan bütün işlərin sərgisi keçirilir.

Sərginin Azərbaycandan olan iştirakçılarının sayı ildən-ilə artır. 2010-cu ildə müsabiqəyə 2008-ci ildəki 8, 2009-cu ildəki 35 uşaq işi ilə müqayisədə 343 iş təqdim edilib. Bu il müsabiqəyə ümumilikdə 61 ölkədən 25 mindən çox iş göndərilib.

2010-cu ilin Azərbaycandan olan 11 qalibi arasında İncəsənət Gimnaziyası, Bakı Avropa Liseyi, Nizami rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi, Siyəzən uşaq incəsənət məktəbinin şagirdləri var.

On qalibə səfir Fəxri diplom təqdim edib. İncəsənət Gimnaziyasından 14 yaşlı Lalə Eyazova "Rəsm, nəqqaşlıq, qrafika" kateqoriyasındakı işinə görə "Liditse qızıl gülü" fəxri medalı ilə təltif edilib.

Müsabiqə dörd kateqoriyada keçirilir: rəsm, nəqqaşlıq, qrafika; fotoşəkil; keramika; kombinə edilmiş texnika (metal, ağac, şüşə, parça və kağızdan düzəldilən heykəltəraşlıq işləri).

Sərgi Çexiya Mədəniyyət Nazirliyi, Təhsil, Gənclər və Bədən Tərbiyəsi Nazirliyi, Çexiya Xarici İşlər Nazirliyi və YUNESKO-nun Çexiya Komissiyasının dəstəyi ilə Liditse Memorialı tərəfindən təşkil edilir.

Hər il  müsabiqənin mövzusunu YUNESKO tövsiyə edir. 2010-cu ilin mövzusu biomüxtəliflik olub. Növbəti ilin mövzusu "Bu mənəm, burada mən yaşayıram" olacaq. Uşaqlar öz ölkələrini, onun təbii və mədəni dəyərlərini, yaşadıqları şəhəri, sevimli yeri, öz evini və s. təsvir edə biləcəklər. 2011-ci il müsabiqəsi üçün işlərin qeydiyyata alınması martın 15-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti