...

Azərbaycanda ermənilərin törətdikləri soyqırımın qurbanlarının kütləvi məzarlıqlarının qorunması üzrə mərkəz yaradılacaq

Cəmiyyət Materials 4 Noyabr 2010 16:16 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu Qubada ermənilərin törətdikləri soyqırımın qurbanlarının kütləvi məzarlıqlarının qorunması üzrə mərkəz yaradacaq.
Azərbaycanda ermənilərin törətdikləri soyqırımın qurbanlarının kütləvi məzarlıqlarının qorunması üzrə mərkəz yaradılacaq

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu Qubada ermənilərin törətdikləri soyqırımın qurbanlarının kütləvi məzarlıqlarının qorunması üzrə mərkəz yaradacaq. Bu barədə cümə axşamı Trend-ə AMEA-nın prezidenti Mahmud Kərimov deyib.

"AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları bu mərkəzin yaradılması üzrə işlərin planını yerli icra oqranları ilə razılaşdırmaq üçün Qubaya ezam olunublar", - Kərimov qeyd edib.

1918-ci ilin martında hakimiyyəti ələ keçirən daşnaklar Stepan Şaumyanın başçılığı ilə Azərbaycan xalqına qarşı misli görünməmiş soyqırım aktı törədiblər. 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan fərmana əsasən, martın 31-i hər il azərbaycanlıların soyqırım günü kimi qeyd edilir. AMEA-nın Tarix İnstitunun məlumatına əsasən, martın 24-dən etibarən bir neçə gün ərzində Azərbaycan ərazisində 700 min insan soyqırıma məruz qalıb, Şamaxının 75, Qubanın 122, Zəngəzurun isə 115 kəndi tamamilə məhv edilib.

Sübut edilib ki, Qubadakı kütləvi məzarlıqda cəsədləri tapılan insanlar 1918-ci ildə ermənilər tərəfindən qətlə yetirilib. Heydər Əliyev Fondu soyqırım qurbanlarının xatirəsinə Abidə kompleksinin layihəsini hazırlayıb.

"Qubadakı kütləvi məzarlıq Azərbaycan xalqı üçün böyük mənəvi və tarixi dəyərə malikdir və onun qorunması üzrə müvafiq işlər görüləcək", - Kərimov qeyd edib.

Xəbər lenti

Xəbər lenti