...

Azərbaycan Ekologiya Nazirliyi Oğuz və İsmayıllı rayonlarının meşələrində monitorinq aparır

Cəmiyyət Materials 11 Noyabr 2010 12:45 (UTC +04:00)
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların qanunsuz kəsilməsinin qarşısını almaq məqsədi ilə Oğuz və İsmayıllı rayonlarının meşələrində monitorinq aparır. Bu barədə cümə axşamı jurnalistlərə nazir Hüseynqulu Bağırov deyib.
Azərbaycan Ekologiya Nazirliyi Oğuz və İsmayıllı rayonlarının meşələrində monitorinq  aparır

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir М.Əliyev/

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların qanunsuz kəsilməsinin qarşısını almaq məqsədi ilə Oğuz və İsmayıllı rayonlarının meşələrində monitorinq aparır. Bu barədə cümə axşamı jurnalistlərə nazir Hüseynqulu Bağırov deyib.

"Pozuntulara yol vermiş meşə təsərrüfatı işçilərinə qarşı təxirəsalınmaz tədbirlər görüləcək", - nazir bildirib.

Onun sözlərinə görə, bir neçə gün əvvəl Ucar rayonu ərazisində qanunsuz oduncaq satışı aşkar olunub.

"Faktla bağlı cinayət işi açılıb, bu ağacların kəsilməsinə yol verən şəxslər cəzalandırılacaq", - nazir deyib.

Həmçinin, Bağırov qeyd edib ki, ötən illərlə müqayisədə qanunsuz kəsilmiş ağacların sayı kəskin azalıb. Nazirin sözlərinə görə, bu, bir çox rayonların qazla təmin edilməsi ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti