Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanda qışın birinci ayı dekabrın ilk günləri yağmurlu keçəcək. Bunu Trend-ə bazar ertəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş mühəndisi İmran Məmmədov bildirib.
Onun sözlərinə görə, dekabrın 2-dən başlayaraq bir neçə gün ərzində ölkə ərazisində yağmurlu hava şəraiti gözlənilir, kəskin soyuqlar isə hələ proqnozlaşdırılmır.
Avropalı meteoroloqların verdiyi proqnozlara əsasən, bu il Avropada son 1000 ilin ən şaxtalı qışı yaşana bilər.