...

Bakıda kabel televiziyası üzrə beynəlxalq konfrans öz işinə başlayıb (ƏLAVƏ OLUNUB-2)

Cəmiyyət Materials 3 Dekabr 2010 11:58 (UTC +04:00)
Bu gün Bakıda keçirilən "Azərbaycanda kabel televiziyasının inkişafı: Nailiyyətlər və perspektivlər" beynəlxalq konfransı çərçivəsində Azərbaycan, Rusiya, Moldova, Ukrayna, Belorus, Gürcüstan, Qazaxıstan və Türkiyənin kabel operatorlarının nümayəndələri Avrasiya Kabel Televiziyası Assoasiyasının yaradılmasına dair niyyət protokolu imzalayıblar.
Bakıda kabel televiziyası üzrə beynəlxalq konfrans öz işinə başlayıb (ƏLAVƏ OLUNUB-2)

RED. əlav.: Protokolun imzalanması haqqında məlumat əlavə olunub

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir H.Vəliyev/

Bu gün Bakıda keçirilən "Azərbaycanda kabel televiziyasının inkişafı: Nailiyyətlər və perspektivlər" beynəlxalq konfransı çərçivəsində Azərbaycan, Rusiya, Moldova, Ukrayna, Belorus, Gürcüstan, Qazaxıstan və Türkiyənin kabel operatorlarının nümayəndələri Avrasiya Kabel Televiziyası Assoasiyasının yaradılmasına dair niyyət protokolu imzalayıblar.

Konfransın təşkilatçıları Milli Televiziya və Radio Şurası və Azərbaycan Kabel Operatorları Assosiasiyasıdır (AKOA).

"2005-ci ildə bir çox kabel operatorları kabel televiziyası xidmətlərinin göstərilməsi üzrə lisenziya alıblar. Bundan az vaxt keçməyib. Azərbaycanda mövcud problemlərin həlli üçün bir neçə gün bundan əvvəl təsis edilən AKOA-nın yaradılması zərurəti ortaya çıxdı. Bu gün keçirilən konfrans bu sahədə meydana çıxacaq məsələlərin həllinə yardım edəcək", - AKOA-nın rəhbəri Samir Qurbanov bildirib.

Qurbanovun sözlərinə görə, AKOA Avrasiya məkanında vahid telekommunikasiya assoasiyasının yaradılmasının məqsəduyğun ola biləcəyi təşəbbüsü ilə çıxış edib.

MTRŞ-nin sədri Nuşirəvan Məhərrəmlinin sözlərinə görə, bu gün Bakıda və Sumqayıtda kabel televiziyası infrastrukturunun inkişafı üzrə böyük həcmdə işlər həyata keçirilib. Gəncədə də hazırlıq işləri aparılır. "Kabel operatorlarının fəaliyyyətlərinin gücləndirilməsi və tənzimlənməsi məqsədi ilə Kabel Operatorları Assoasiyası yaradılıb və MTRŞ bu təşkilatla əməkdaşlıqda maraqlıdır", - o, bildirib.

"Hesab edirəm ki, bu, kabel televiziyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə fəaliyyətimizin xeyrinə olacaq", - Məhərrəmli qeyd edib.

Tədbirdə iştirak etmək üçün dövlət strukturlarının nümayəndələri, teleşirkətlərin, Azərbaycanın kabel televiziyası və aparıcı informasiya agentliklərinin rəhbərləri, eləcə də Rusiya, Qazaxıstan, Gürcüstan, Türkiyə və digər ölkələrin kabel televiziyaları assosiasiyalarının nümayəndələri dəvət olunublar.

Konfransda ölkəmizdə kabel televiziyasının inkişafı məsələləri, bu sahədə inkişafın perspektiv planları müzakirə olunacaq. Eləcə də bu yaxınlarda yaradılan AKOA-nın təqdimatı keçiriləcək.

Azərbaycanda kabel televiziyası xidmətləri təqdim edən "AG Telekom" (KATV1 kabel televiziyasının təsisçisi) və "SN Telekom" (SNTV kabel televiziyasının təsisçisi) şirkəti Azərbaycan Kabel Operatorları Assosiasiyası (AKOA) yaradıblar.

Yaradılan təşkilatın məqsədi ölkənin kabel televiziya operatorlarının fəaliyyətinin əlaqələndirilməsi; Azərbaycandakı telekommunikasiya bazarının bu seqmentinin iştirakçılarının fəaliyyətini tənzimləyən normativ aktların hazırlanmasında iştirak; ümumi problemlərin həllində iştirak; təcrübə mübadiləsi və başqalarından ibarətdir.

Xəbər lenti

Xəbər lenti