...

İsrail ölkənin şimalında yanğının söndürülməsində köməyə görə Azərbaycana təşəkkür edib (FOTO)

Cəmiyyət Materials 8 Dekabr 2010 14:53 (UTC +04:00)

İsrailin şimalında yanğının söndürülməsində iştirak etmiş xarici ölkələrin xilasediciləri ilə keçirilən görüş zamanı İsrail xarici işlər nazirinin müavini Dani Ayalon hər bir nümayəndə heyətinə fəxri fərman verib. Bu barədə İsrail XİN-in məlumatında deyilir.

Azərbaycan Fövqəladə Hallar Nazirliyi təbii fəlakətin aradan qaldırılması üçün İsrailə iki vertolyot göndərmişdi.

Yanğın ötən həftə Karmel dağının ətəklərində, İsrailin şimalında ən iri şəhər və böyüklüyünə görə üçüncü olan 250 min əhaliyə malik Hayfa şəhərinin yaxınlığında tüğyan edib. 42 nəfər yanğının  qurbanı olub. Onların əksəriyyəti həmkarlarına köməyə tələsən və alışan avtobusda diri-diri yanan həbsxana idarəsinin zabit kurslarının dinləyiciləri olublar.

Xəbər lenti

Xəbər lenti