...

Azərbaycanda qiyabi təhsil tədricən məsafəli təhsillə əvəz olunacaq – nazir (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 23 Dekabr 2010 13:15 (UTC +04:00)
Azərbaycanın təhsil müəssisələrində qiyabi təhsil ləğv olunmayacaq.
Azərbaycanda qiyabi təhsil tədricən məsafəli təhsillə əvəz olunacaq – nazir (ƏLAVƏ OLUNUB)

Bəkqraund əlavə olunub

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın təhsil müəssisələrində qiyabi təhsil ləğv olunmayacaq.

"Bu gün üçün deyə bilərəm ki, Azərbaycanın təhsil müəssisələrində qiyabi təhsil ləğv olunmayacaq", - Trend-in məlumatına görə, cümə axşamı təhsil naziri Misir Mərdanov jurnalistlərə bildirib.

Nazir qeyd edib ki, lakin ali məktəblərin qiyabi şöbələrində təhsil alan tələbələrin sayı azaldılacaq və qiyabi təhsil forması məsafəli forma ilə əvəz olunacaq.

Məsafəli (və ya distant) təhsil konsepsiyası bir çox ölkələrin hökumətləri tərəfindən irəli sürülür ki, bu həm İnternet şəbəkəsi istifadəçilərinin sayının, həm də elektron təhsil resurslarının keyfiyyətinin artması ilə izah olunur.

ABŞ-da çoxlu sayda həm pullu, həm də pulsuz təhsil resurslarından istifadə etməyə imkan verən təhsil portallarının tam şəbəkəsi yaradılıb.

Böyük Britaniyada ölkənin təhsil sahəsində innovasiya layihələrinin ümumdünya mərkəzi kimi imicinin formalaşmasına böyük əhəmiyyət verilir.

2000-ci ildə Lissabonda Avropa Şurasının iclasında Aİ ölkələri rəhbərləri elektron təhsil proqramlarının strateji əhəmiyyətini qeyd ediblər.

Azərbaycanda "Təhsil haqqında" qanuna görə ümumtəhsil və ali təhsil müəssisələrində qiyabi təhsil mövcuddur.

Xəbər lenti

Xəbər lenti