...

Azərbaycan futbolunun 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanıb

Cəmiyyət Materials 18 Yanvar 2011 11:02 (UTC +04:00)
AFFA (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası) 2011-ci ildə Azərbaycan futbolunun 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlayıb. Bu barədə çərşənbə axşamı AFFA-dan Trend-ə verilən məlumatda deyilir.
Azərbaycan futbolunun 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanıb

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir M.Əliyev/

AFFA (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası) 2011-ci ildə Azərbaycan futbolunun 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlayıb. Bu barədə çərşənbə axşamı AFFA-dan Trend-ə verilən məlumatda deyilir.

AFFA-nın prezidenti Rövnəq Abdullayevin tapşırığına əsasən, yubiley çərçivəsində müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Tədbirlər planına əsasən, Azərbaycan futbolunun 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim iyun ayında Buta Sarayında keçiriləcək. Tədbirdə beynəlxalq futbol qurumlarının, həmiçinin milli assosiasiyaların nümayəndələrinin və digər qonaqların iştirakı gözlənilir.

AFFA tərəfindən Dövlət Arxivinə müraciət olunaraq, futbolumuzun 100 illik tarixi barədə yazı, foto və videomateriallar toplanıb.

Xəbər lenti

Xəbər lenti