...

Səudiyyə Ərəbistanında qar yağıb

Cəmiyyət Materials 19 Yanvar 2011 16:31 (UTC +04:00)
Səudiyyə Ərəbistanında havanın temperaturunun aşağı düşməsi ölkənin ayrı-ayrı hissələrində qarın yağmasına səbəb olub. Beləliklə, ölkənin şimalında Tabuk rayonunda yollar, Alluza və Tafha dağlıq əraziləri qarla örtülüb. On illərdən bəri ilk dəfə olaraq qar əl-Lauz dağlıq massivini örtüb. Qəzetlərdə krallığın qarla oynayaraq əylənən sakinlərinin şəkilləri çıxıb.

Tabukda Vətəndaş müdafiəsi xidməti yüksək hazırlıq rejiminə keçib və fövqəladə hallarda fəaliyyətə hazırdır. Mütəxəssislər qar örtüyünün qalınlığı və hündürlüyünü ölçürlər. Yerli hakimiyyət orqanları sürücüləri qarlı yollarda diqqətli olmağa və sürəti aşmamağa çağırıb. Qarla bağlı qəza və fövqəladə hadisələr barədə məlumat verilmir.

Xəbər lenti

Xəbər lenti