Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir M.Əliyev/
Rusiyanın Sankt-Peterburq şəhərində yanvarın 22-də FİFA-nın prezidenti Yozef Blatter və AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçiriləcək. Trend-in məlumatına görə, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Görüşdə Azərbaycanda futbolun inkişafı məqsədilə həyata keçirilən tədbirlər, FİFA və AFFA arasında əməkdaşlıq barədə fikir mübadiləsi aparılacaq.