...

Bakı şəhər Yol Polisi qanunsuz torpaq və qum daşınması ilə bağlı reydlərə başlanılıb

Cəmiyyət Materials 27 Yanvar 2011 13:40 (UTC +04:00)
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov cümə axşamı Trend-ə bildirib ki, bağ yerlərindən, Bakı ətrafı ərazilərdəki torpaq sahələrindən və dəniz kənarı qumluq ərazilərindən gecə vaxtı yük maşınları ilə qanunsuz torpaq və qum daşınması ilə bağlı Daxili İşlər Nazirliyinə çoxsaylı şikayətlər daxili olub.
Bakı şəhər Yol Polisi qanunsuz torpaq və qum daşınması ilə bağlı reydlərə başlanılıb

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Bakı ətrafı ərazilərdə qanunsuz olaraq torpaq və qum daşınması ilə bağlı reydlərə başlanılıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov cümə axşamı Trend-ə bildirib ki, bağ yerlərindən, Bakı ətrafı ərazilərdəki torpaq sahələrindən və dəniz kənarı qumluq ərazilərindən gecə vaxtı yük maşınları ilə qanunsuz torpaq və qum daşınması ilə bağlı Daxili İşlər Nazirliyinə çoxsaylı şikayətlər daxili olub.

Bu halların qarşısının alınması məqsədilə BDYPİ-də xüsusi qrup yaradılıb.

Əsədov bildirib ki, qanunsuz torpaq və qum daşınması ilə bağlı yanvarın 25-dən reydlərə başlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilən reydlər zamanı qeyri-qanuni qum və ya torpaq daşınması ilə məşğul olan şəxslər aşkarlanıb və qanunvericiliyə müvafiq olaraq məsuliyyətə cəlb ediliblər.

Şöbə rəisi deyib ki, ötən gecə keçirilən reydlər zamanı Sabunçi, Buzovna, Maştağa, Nardaran, Novxanı ərazilərindən qanunsuz torpaq və qum daşıyan 7 "Kamaz" markalı avtomobil saxlanılıb.

Həmin avtomobillərin sürücüləri cəzalandırılıb, avtomobillər isə onlardan alınıb.

Müvafiq sənədləşdirmə aparıldıqdan sonra təhqiqat üçün materiallar Bakı şəhər Baş Polis İdarəsinə verilib.

Əsədovun sözlərinə görə, məlum faktlarla bağlı cavabdeh şəxslər barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşları da müvafiq tədbirlər görəcək.

BDYPİ sürücüləri belə hallara getməməyə, qanunsuz torpaq daşınması ilə əlaqədar sifarişlər qəbul etməməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti