...

Almaniyanın ali məktəblərində təhsil almaq üçün 100-ə yaxın azərbaycanlı tələbə müraciət edib

Cəmiyyət Materials 22 Fevral 2011 16:19 (UTC +04:00)
Təhsil Nazirliyinin internet saytının məlumatına görə, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Almaniyanın ali məktəblərində təhsil almaq məqsədilə elan olunmuş müsabiqə üzrə sənəd qəbulu başa çatıb.
Almaniyanın ali məktəblərində təhsil almaq üçün 100-ə yaxın azərbaycanlı tələbə müraciət edib

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Almaniyanın ali məktəblərində təhsil almaq üçün 100-ə yaxın azərbaycanlı tələbə müraciət edib.

Təhsil Nazirliyinin internet saytının məlumatına görə, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Almaniyanın ali məktəblərində təhsil almaq məqsədilə elan olunmuş müsabiqə üzrə sənəd qəbulu başa çatıb.

İnformasiya texnologiyaları, mühəndislik, neft sənayesi, tibb, riyaziyyat, fizika, biologiya, kimya, ekologiya və kənd təsərrüfatı ixtisasları üzrə aparılacaq bu müsabiqədə iştirak üçün 100-ə yaxın sənəd təqdim olunub.

Müsabiqə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Alman Akademik Mübadilə Xidməti (DAAD) arasında imzalanmış sazişə əsasən həyata keçirilir.

Martın 10, 11 və 12-də DAAD-nin Almaniyadan gəlmiş ekspertləri tərəfindən namizədlərlə müsahibə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti