...

Bakıda sabah buludlu və çiskinli hava şəraiti hökm sürəcək

Cəmiyyət Materials 1 Mart 2011 11:44 (UTC +04:00)
Bakıda sabah buludlu və çiskinli hava şəraiti hökm sürəcək.
Bakıda sabah buludlu və çiskinli hava şəraiti hökm sürəcək

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda sabah buludlu və çiskinli hava şəraiti hökm sürəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu, səhər və axşam yarımadanın bəzi ərazilərində az çiskinli olacağı gözlənilir.

Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-3, gündüz 4-7 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə hava şəraitinin gecə və axşam bəzi yerlərdə az yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti