...

Azərbaycanda yazın ilk ayında hava stabil olacaq

Cəmiyyət Materials 1 Mart 2011 15:02 (UTC +04:00)
Azərbaycanda mart ayında hava şəraitinin stabil olması gözlənilir.
Azərbaycanda yazın ilk ayında hava stabil olacaq

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda mart ayında hava şəraitinin stabil olması gözlənilir.

Trend-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən çərşənbə axşamı bildiriblər ki, mart ayında ölkə ərazisində havanın orta aylıq temperaturunun kiçik mənfi və müsbət fərqlə iqlim normasına yaxın olacağı gözlənilir.

Aylıq yağıntı miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında mart ayında orta aylıq temperaturun 5-7 dərəcə isti (gecələr 1-6, gündüzlər 10-14, bəzi günlərdə 16 dərəcə isti, birinci ongünlükdə isə 4-8 dərəcə isti) olacağı gözlənilir.

Paytaxtda və yarımadada proqnozlaşdırılan temperatur kiçik mənfi fərqlə, həmçinin yağıntının miqdarı (norma 20-27 mm) iqlim normasına yaxındır.

Xəbər lenti

Xəbər lenti