...

Azərbaycanda qeydiyyat və notariat orqanlarında yeni sistem tətbiq ediləcək

Cəmiyyət Materials 3 Mart 2011 13:43 (UTC +04:00)
Azərbaycanda Ədliyyə Nazirliyinin qeydiyyat və notariat orqanlarında sənədlər barədə məlumatları özündə əks etdirən elektron köşklər quraşdırılacaq.
Azərbaycanda qeydiyyat və notariat orqanlarında yeni sistem tətbiq ediləcək

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda Ədliyyə Nazirliyinin qeydiyyat və notariat orqanlarında sənədlər barədə məlumatları özündə əks etdirən elektron köşklər quraşdırılacaq. Trend-in məlumatına görə, bu barədə Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov "Azərbaycan" qəzetinə müsahibəsində bildirib.

Elektron köşklərin növbəti iki-üç ay ərzində quraşdırılacağını deyən Ələsgərov qeyd edib ki, vətəndaşlar bu köşklərin məlumat bazasına daxil olmaqla lazımi sənədlər və ödənilməli olan dövlət rüsumu barədə məlumat əldə edə biləcəklər.

PA rəsmisinin sözlərinə görə, gələcəkdə müvafiq xidmətlər üçün pul ödənişləri də bu köşklər vasitəsilə həyata keçiriləcək.

Yaxın zamanlarda tələb olunan sənədlərin siyahısı və rüsumlar barədə məlumatlar Ədliyyə Nazirliyinin saytında da yerləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti