...

Olimpiya çempionu Azərbaycan gəncləri ilə görüşüb

Cəmiyyət Materials 8 Mart 2011 13:16 (UTC +04:00)
Yunan-Roma güləşi üzrə Olimpiya oyunlarının qızıl medalçısı Fərid Mansurov "İrəli" İctimai Birliyinin Gənclik Mərkəzində Azərbaycan gəncləri ilə görüş keçirib.
Olimpiya çempionu Azərbaycan gəncləri ilə görüşüb

Azərbaycan, Bakı, 8 mart /Trend, müxbir M.Əliyev/

Yunan-Roma güləşi üzrə Olimpiya oyunlarının qızıl medalçısı Fərid Mansurov "İrəli" İctimai Birliyinin Gənclik Mərkəzində Azərbaycan gəncləri ilə görüş keçirib. Trend-in məlumatına görə, bu barədə İctimai Birlikdən çərşənbə axşamı bildiriblər.

"Uğura aparan yol" adlı yeni layihə çərçivəsində keçirilən görüşdə Fərid Mansurov iştirakçılara özünün idman təcrübəsi, uğura aparan yolu barədə danışıb.

Görüşdə iştirak edən psixoloq, "İdmançının Qələbə Psixologiyası" adlı kitabın müəllifi, professional güləş məktəbinin təsisçisi Kazım Əliyev gənclərin idmana olan marağının artırılmasına dair məsələləri, onlarda mübariz ruhunun yaradılması, çətin və həlledici məqamlarda idmançının psixoloji durumu barədə məlumat verib.

Fərid Mansurov yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının baş məşqçisi, 2004-cü il Afinada keçirilən Yay Olimpiya oyunlarının qızıl medalçısı, İkiqat Dünya Çempionudur, "Şərəf" ordeni ilə təltif olunub.

Xəbər lenti

Xəbər lenti