...

ABŞ Prezidentinin elmi məsələlər üzrə elçisi Bakı Dövlət Universitetində olub

Cəmiyyət Materials 11 Mart 2011 19:54 (UTC +04:00)
ABŞ Prezidentinin elmi məsələlər üzrə elçisi Bakı Dövlət Universitetində olub
ABŞ Prezidentinin elmi məsələlər üzrə elçisi Bakı Dövlət Universitetində olub

Azərbaycan, Bakı, 11 mart /Trend/

Azərbaycanda səfərdə olan ABŞ Prezidentinin elmi məsələlər üzrə elçisi, Lihay Universitetinin prezidenti, doktor Elis Qast bu gün Bakı Dövlət Universitetində olub. Bu barədə Trend-ə BDU-nun Mətbuat və İnformasiya şöbəsindən bildirilib.Rektor, akademik Abel Məhərrəmovla keçirilən görüşdə universitetlərarası əməkdaşlıq məsələləri müzakirə edilib, gələcəkdə ikitərəfli müqavilənin imzalanması barədə fikir mübadiləsi aparılıb.

Universitetlə tanış olan xanım Elis Qast, həmçinin kitabxanada ABŞ-ın USAID və IREX təşkilatları tərəfindən maliyyələşdirilən pulsuz Wi-Fi zonasının açılış mərasimində iştirak edib.

Qast informasiya məkanında irəliləyişlərdən, BDU ilə tanışlıqdan, ABŞ-ın dəstəyi ilə Wi-Fi-ın açılışında iştirakdan, ikitərəfli əlaqələrin qurulması ilə bağlı aparılan fikir mübadiləsindən məmnun olduğunu bildirib.

Görüş tələbələrin xanım Elis Qasta çoxsaylı sualları ilə yekunlaşıb.

Xəbər lenti

Xəbər lenti