...

Azərbaycanda hakim və prokurorlara korrupsiya ilə mübarizədə beynəlxalq təcrübə tədris edilir

Cəmiyyət Materials 16 Mart 2011 19:56 (UTC +04:00)
Azərbaycan Məhkəmə - Hüquq Şurası tərəfindən korrupsiya ilə mübarizə sahəsində ayrıca ixtisasartırma kursu təşkil edilib , təcrübə mübadiləsi məqsədilə yüksək ixtisaslı türkiyəli mütəxəssislər dəvət ediliblər
Azərbaycanda hakim və prokurorlara korrupsiya ilə mübarizədə beynəlxalq təcrübə tədris edilir

Azərbaycan, Bakı, 16 mart /Trend/

Azərbaycan Məhkəmə - Hüquq Şurası tərəfindən korrupsiya ilə mübarizə sahəsində ayrıca ixtisasartırma kursu təşkil edilib , təcrübə mübadiləsi məqsədilə yüksək ixtisaslı türkiyəli mütəxəssislər dəvət ediliblər . Bu barədə Şuradan Trend-ə verilən məlumatda deyilir.

Çərşənbə günü türkiyəli hakimlər - Engin Durnagöl və Seyfullah Çakmah tərəfindən interaktiv metodlarla keçirilən təlimlərə başlanılıb .

Məhkəmə - Hüquq Şurasının Korrupsiyaya qarşı mübarizə sektorunun əməkdaşlarının da iştirak etdiyi kurslarda korrupsiyaya şərait yaradan hallar və onlarla mübarizə üzrə Türkiyə təcrübəsi , hakimlərin və prokurorların peşə etikası məsələləri barədə mühazirələr dinlənilib, yaranan problemlər və onların həlli yolları üzrə səmərəli fikir mübadiləsi və müzakirələr keçirilib .

Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında , vahid məhkəmə təcrübəsinin formalaşdırılmasında və məhkəmə səhvlərinin aradan qaldırılmasında tədris kurslarının əhəmiyyəti nəzərə alınaraq, Məhkəmə - Hüquq Şurası tərəfindən cari ildə 20- dək davamlı təlimlərin keçirilməsi nəzərdə tutulub .

Xəbər lenti

Xəbər lenti