...

Yerevandakı mitinqdə 100 minə yaxın etirazçı iştirak edir

Cəmiyyət Materials 17 Mart 2011 20:00 (UTC +04:00)
Ermənistan müxalifəti siyasi mübariziə yolu ilə ölkədə dəyişikliklərə nail olmaq niyyətindədir. Trend-in "Novosti Armeniya"ya istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Milli Konqresinin (EMK) lideri Levon Ter-Petrosyan cümə axşamı Yerevanda mitinqdə deyib.
Yerevandakı mitinqdə 100 minə yaxın etirazçı iştirak edir

Ermənistan müxalifəti siyasi mübariziə yolu ilə ölkədə dəyişikliklərə nail olmaq niyyətindədir. Trend-in "Novosti Armeniya"ya istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Milli Konqresinin (EMK) lideri Levon Ter-Petrosyan cümə axşamı Yerevanda mitinqdə deyib.

"Bizim özfəaliyyətlə məşğul olmağa hüququmuz çatmır. Biz ölkədə dəyişikliklərə "nəyin bahasına olursa-olsun"la deyil, siyasi mübarizə vasitəsilə nail olmalıyıq", - o "Matenadaran" qədim əlyazmalar institutunun qarşısına toplaşan çoxsaylı miqitinqçilər qarşısında çıxışı zamanı bildirib.

Ter-Petrosyan qeyd edib ki, bugünkü aksiya mitinq yox, ciddi siyasi mübarizədir.

"Biz başa düşməliyik ki, bu gün və ya sabah, yaxud indi heç nə olmayacaq. Hər şey öz vaxtında olmalıdır, bizim hamımız (mitinqçilər) bu siyasi prosesin iştirakçılarıyıq", - o qeyd edib.

Onun sözlərinə görə, müxalifət öz addımlarını diqqətlə öyrənir. "Biz boksa gəlməmişik, biz şahmat oynayırıq, şahmatda isə beyin lazımdır, odur ki, beyinsiz şahmat təlxəkliyə çevrilər", - Ter-Petrosyan vurğulayıb.

Onun qiymətləndirmələrinə görə, mitinqdə 100 minə yaxın insan iştirak edir. "Ermənistan hakimiyyəti əvvəlki 50 minlik mitinqdən qorxmadısa, bügünkü 100 min onları ayıltmalı, 200 minlik isə artıq hər şeyi həll etməlidir. Daha bir mitinq... Və hakimiyyət burada bütün xalqı görəcək", - EMK lideri əmindir.

Konqres martın 17-dən 31-dək hər gün mitinq və yürüşlər keçirmək niyyətindədir.

Ermənistan polisi sonradan mitinq iştirakçılarının sayı barədə məlumatı təqdim edəcəyinə söz verib.

"Armenia Today"in məlumatına görə, EMK hamını küçələrə çıxmağa və Prezident Serj Sarkisyanın istefasına nail olmayanadək evlərinə qayıtmamağa çağırır.

Xəbər lenti

Xəbər lenti