...

Təbrizdə "Rənglənmiş bayram yumurtaları" beynəlxalq sərgisi təşkil olunacaq

Cəmiyyət Materials 28 Mart 2011 13:41 (UTC +04:00)
Bu il Təbrizdə təşkil olunan "Rənglənmiş bayram yumurtaları" sərgisi əhali arasında geniş maraq doğurub.
Təbrizdə "Rənglənmiş bayram yumurtaları" beynəlxalq sərgisi təşkil olunacaq

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir T.Cəfərov/

Bu il Təbrizdə təşkil olunan "Rənglənmiş bayram yumurtaları" sərgisi əhali arasında geniş maraq doğurub. Bu səbəbdən gələn ildən Novruz bayramı günlərində Təbrizdə "Rənglənmiş bayram yumurtaları" sərgisi beynəlxalq səviyyədə təşkil olunacaq. Bunu Təbrizdə sərginin təşkilatçısı Sabir Baqqal Əsgəri deyib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Əsgəri əlavə edib ki, Təbrizdə təşkil olunan sərgini gündə 20 min nəfər ziyarət edib. "Sərgi ziyarətçilərinin rəyinə əsasən 13 iştirakçıya mükafatlar təqdim olunacaq", - Əsgəri deyib.

O qeyd edib ki, belə sərgilərin təşkili adət-ənənələrin qorunub saxlanmasına böyük töhfə verə bilər.

Yumurta döyüşdürmək Novruz bayramının adətlərindən biridir. İnsanlar rənglənmiş bayram yumurtalarını döyüşdürürlər və bu zaman qırılmayan yumurtanın sahibi qalib gəlir.

Xəbər lenti

Xəbər lenti