...

Azərbaycanda yol patrul avtomobillərində POS-terminalların quraşdırılması yaxın günlərdə başa çatacaq

Cəmiyyət Materials 31 Mart 2011 16:14 (UTC +04:00)
Azərbaycanda polis postlarında və patrul avtomobillərində POS-terminalların quraşdırılması yaxın günlərdə başa çatacaq.
Azərbaycanda yol patrul avtomobillərində POS-terminalların quraşdırılması yaxın günlərdə başa çatacaq

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda yol polis postlarında və patrul avtomobillərində POS-terminalların quraşdırılması yaxın günlərdə başa çatacaq.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev cümə axşamı Trend-ə bildirib ki, rayonlararası işləyən 100-ə yaxın patrul avtomobili Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən POS-terminallarla təchiz olunub.

O, bu prosesin davam etdiyini və yaxın bir neçə gün ərzində yekunlaşacağını bildirib.

Martın əvvəlində ABB və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində postlarda və patrul avtomobillərində simsiz POS-terminalların quraşdırılması işlərinə başlamaq haqqında qərar qəbul edilib.

Qaydaları pozan sürücülər bu POS-terminallar vasitəsilə cərimələri yerində ödəyə biləcəklər.

"AzeriCard" prosessinq mərkəzinin biznesin inkişafı üzrə rəhbəri Cahangir Məmmədov öncə Trend-ə bildirib ki, hələlik yalnız 20 manatadək olan cərimələr tətbiq edilir. Məmmədovun sözlərinə görə, cərimələrin yerində ödənilməsi prosesi əhəmiyyətli dərəcədə sadələşdirəcək və sürücülərin vaxtına qənaət edəcək.

Xəbər lenti

Xəbər lenti