...

Azərbaycan hökuməti Respublika Çağırış Komissiyasının tərkibini təsdiq edib

Cəmiyyət Materials 1 Aprel 2011 17:42 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti həqiqi hərbi xidmətə çağırış üzrə Respublika Çağırış Komissiyasının tərkibini təsdiq edib.
Azərbaycan hökuməti Respublika Çağırış Komissiyasının tərkibini təsdiq edib

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Nazirlər Kabineti həqiqi hərbi xidmətə çağırış üzrə Respublika Çağırış Komissiyasının tərkibini təsdiq edib.

Nazirlər Kabinetinin internet saytının yaydığı məlumata görə, 2011-ci il aprelin 1-dən 30-dək Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağırışı üzrə Respublika Çağırış Komissiyasının sədri hərbi komissarın müavini Ramiz Məmmədov təsdiq olunub.

Dövlət Sərhəd Xidməti rəisinin müavini Məhəmməd Abbasquliyev Komissiyanın sədr müavini, daxili işlər nazirinin müavini Oruc Zalov, səhiyyə nazirinin müavini Abbas Vəlibəyov, ədliyyə nazirinin müavini Toğrul Musayev, AHİK sədrinin müavini Aqil Dadaşov (razılaşdırılmışdır) və Milli Məclisin deputatı Siyavuş Novruzov (razılaşdırılmışdır) Komissiyanın üzvləri təsdiq olunublar.

Qərara əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Naxçıvan MR-in Çağırış Komissiyasının tərkibini təsdiq etmək tapşırılıb.

Müdafiə, Səhiyyə, Daxili İşlər, Nəqliyyat, Maliyyə nazirliklərinə və yerli icra hakimiyyəti orqanlarına Azərbaycan vətəndaşlarının 2011-ci il aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş aidiyyəti tədbirlər görmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti