...

Bakıda MDB iştirakçısı olan dövlətlərin humanitar əməkdaşlıq məsələləri müzakirə olunur

Cəmiyyət Materials 9 Aprel 2011 14:28 (UTC +04:00)
Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində MDB iştirakçısı olan dövlətlərin Dövlərlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) "MDB-də mədəniyyətlərarası dialoqun ənənələri və perspektivləri: mədəniyyət, təhsil və kommunikasiyalar" mövzusunda görüşü keçirilir.
Bakıda MDB iştirakçısı olan dövlətlərin humanitar əməkdaşlıq məsələləri müzakirə olunur

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir A.Tağıyeva/

Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində MDB iştirakçısı olan dövlətlərin Dövlərlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) "MDB-də mədəniyyətlərarası dialoqun ənənələri və perspektivləri: mədəniyyət, təhsil və kommunikasiyalar" mövzusunda görüşü keçirilir.

Görüş iştirakçıları Bakıda keçirilən ümumdünya forumunu yüksək qiymətləndiriblər və beynəlxalq münasibətlər sistemində MDB-də bu mövqelərin dinamik inkişafı məqsədilə mədəniyyətlərarası dialoq prinsiplərinin irəliləməsinin əhəmiyyətini qeyd ediblər.

Görüş zamanı humanitar diplomatiya, MDB mədəni məkanında müxtəlifliyin birliyi kimi mövzular ətrafında diskussiyalar keçirilir.

Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, RF Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Qazaxıstanın xalq şairi Oljas Süleymenov, Qırğızıstanın mədəniyyət və informasiya naziri Nurlanbek Şakiyev, TÜRKSOY-un baş direktoru Düsen Kaseinov və digər rəsmi şəxslər iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti