...

Azərbaycanda 4 məktəbdə idman festivalları keçiriləcək

Cəmiyyət Materials 13 İyun 2011 14:22 (UTC +04:00)
"Londonda keçiriləcək 2012-ci il Olimpiya və Paralimpiya oyunlarına 1 il qalır" kampaniyası çərçivəsində 4 məktəbdə idman festivalları keçiriləcək.
Azərbaycanda 4 məktəbdə idman festivalları keçiriləcək

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir K.Zərbalıyeva/

"Londonda keçiriləcək 2012-ci il Olimpiya və Paralimpiya oyunlarına 1 il qalır" kampaniyası çərçivəsində 4 məktəbdə idman festivalları keçiriləcək.

"British Council", Britaniyanın Azərbaycandakı səfirliyi, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunan festivallar iyunun 23-dən iyulun 23-dək Gəncə, Naxçıvan, Lənkəran və Şəki bölgələrində keçiriləcək.

Bu barədə Trend-ə "British Council"-dan məlumat verilib.

Hər bir idman festivallarında iştirak edəcək qız və oğlanlara "British Council"-ın "Beynəlxalq İdman Həyəcanı" layihəsi çərçivəsində təlim keçmiş fiziki tərbiyə müəllimi dəstək göstərəcək.

Ümumilikdə 100 məktəbli 2012-ci il London Olimpiya və Paralimpiya Oyunlarına 1 il qalmasını qeyd etmək üçün keçiriləcək müxtəlif idman estafetlərində iştirak edəcəklər.

Festivallarda Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Milli Paralimpiya Komitəsi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Müəllimlər İnstitutu, müxtəlif idman federasiyalarının nümayəndələrinin və festivallarda iştirak edən uşaqların valideynlərinin də tədbirə qatılacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti