...

Azərbaycan və Fransa elmi əməkdaşlıq layihələri həyata keçirəcəklər

Cəmiyyət Materials 17 İyun 2011 13:42 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası və Fransa Milli Elmi Tədqiqat Mərkəzi (FMETM) dəqiq, təbiət, humanitar, sosial elmlər sahəsində fundamental və tətbiqi tədqiqatları əhatə edən ikitərəfli elmi əməkdaşlıq layihələri müsabiqəsi elan edib.
Azərbaycan və Fransa elmi əməkdaşlıq layihələri həyata keçirəcəklər

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası və Fransa Milli Elmi Tədqiqat Mərkəzi (FMETM) dəqiq, təbiət, humanitar, sosial elmlər sahəsində fundamental və tətbiqi tədqiqatları əhatə edən ikitərəfli elmi əməkdaşlıq layihələri müsabiqəsi elan edib.

Akademiyadan cümə günü Trend-ə verilən məlumata görə, müsabiqə tərəflər arasında bu il yanvarın 30-da Parisdə (Fransa) imzalanmış elmi əməkdaşlıq sazişinə əsasən keçirilir.

Layihələrin icrasına gələn il yanvarın 1-dən başlanacaq və 2013-cü il dekabrın 31-də başa çatacaq. Müsabiqədə AMEA-nın bütün elmi-tədqiqat institutları və FMETM-in təşkilatları iştirak edə bilərlər.

Layihə təklifləri müstəqil ekspertlər tərəfindən qiymətləndiriləcək. Layihələr, keyfiyyət və yenilik, FMETM-AMEA əməkdaşlığının inkişafı üçün perspektivlər, gənc elmi tədqiqatçıların cəlb olunması baxımından seçiləcək.

Son qərar birgə FMETM-AMEA Komitəsi tərəfindən qəbul ediləcək.

Xəbər lenti

Xəbər lenti