...

AccessBank Caspian Cup turnirinə sponsorluq edib (FOTO)

Cəmiyyət Materials 17 İyun 2011 17:31 (UTC +04:00)
AccessBank I Beynəlxalq "Caspian Cup" futbol turnirinin keçirilməsində AFFA-ya dəstək verib.
AccessBank Caspian Cup turnirinə sponsorluq edib (FOTO)

Azərbaycan, Bakı, 17 iyun /Trend/

AccessBank I Beynəlxalq "Caspian Cup" futbol turnirinin keçirilməsində AFFA-ya dəstək verib.

"AccessBank" Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən təşkil edilmiş 17 yaşadək futbolçular arasında 11-16 iyun tarixlərində keçirilmiş 1-ci beynəlxalq "Caspian Cup" futbol turnirinin keçirilməsinə təşkilati dəstək verib.

Yarışda 8 ölkənin milli yığma komandaları iştirak edib. А qrupunda Azərbaycan, Türkiyə, Özbəkistan və Qırğızıstan, В qrupunda isə İspaniya, Gürcüstan, Qazaxıstan və Tacikistan yığmaları mübarizə aparıb. Oyunlar iki meydançada - "Şağan" və yenicə açılmış "Dalğa" stadionlarında keçirilib.

Turnirin son günündə üçüncü yer uğrunda Azərbaycan və Gürcüstan komandaları qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatdığı üçün qalib oyun sonrası penalti seriyasında müəyyənləşib. Azərbaycan yığma komandasının oyunçuları penaltiləri üç dəfə dəqiq yerinə yetirdiyi halda, Gürcüstan yığmasının oyunçuları bir dəfə topu qapıdan keçirə biliblər, nəticədə Azərbaycan yığması 4:1 hesabı ilə qələbə qazanıb.

Finalda isə Türkiyə və İspaniya yığmaları üz-üzə gəlib, bu oyunda da əsas vaxtda hesab açılmadığından oyun sonrası penaltilər təyin edilib. Türkiyə yığmasının qapıçısı həlledici zərbəni geri qaytarıb və bu, Türkiyə yığmasına 4:3 hesabı ilə qələbə gətirərək turnirin qalibi edib.

Turnirin sonunda "AccessBank" ən yaxşı oyunçuları aşağıdakı nominasiyalarda mükafatlandırıb: FAIR PLAY mükafatı - Qırğızıstan yığması, Turnirin ən sərrast futbolçusu - Abat Aimbetov - 6 qol (Qazaxıstan yığması), Turnirin ən yaxşı qapıçısı - Okan Koçuk (Türkiyə yığması), Turnirin ən yaxşı futbolçusu - Samuel Kastilyexo (İspaniya yığması).

"Oyunun keyfiyyəti və yaşanan həyəcanlar məni heyrətə gətirdi. Türkiyə komandasını qələbə münasibətilə və Azərbaycan yığmasını üçüncü yer tutması münasibətilə təbrik edirəm və əminəm ki, gələcəkdə biz hər bir komandanın oyunçularının daha böyük nailiyyətlərinin şahidi olacağıq", - "AccessBank"ın baş meneceri Andryu Pospielovski turnirin nəticələrini şərh edərək deyib.

2010-cu ilin aprel ayından etibarən "AccessBank" AFFA-nın və Azərbaycan milli futbol komandalarının, o cümlədən qadın yığma komandalarının, futzal üzrə yığma komandaların, çimərlik futbolu üzrə Azərbaycan yığma komandasının, eləcə də gənclər yığma komandalarının sponsorudur. Bank AFFA-nın Azərbaycan futbolunun inkişafına yönəldilmiş fəaliyyətini dəstəkləyərək idmanın inkişafına və sağlam həyat tərzinə öz töhfəsini verir.

АccessBank-ın missiyası aşağı və orta gəlirli Azərbaycan ailələrinə, eləcə də mikro və kiçik sahibkarlara maliyyə xidmətləri göstərməkdən ibarətdir. АccessBank beynəlxalq Fitch reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank adına layiq görülüb (BB+), həmçinin 2010-cu ildə Euromoney Nəşriyyat Qrupu və 2011-ci ildə Global Finance jurnalı tərəfindən "Azərbaycanın ən yaxşı bankı" kimi tanınıb.

AccessBank 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH (3.5%) şirkətləridir.

Xəbər lenti

Xəbər lenti