...

Azərbaycanlı gənclər Türkiyəni daha yaxından tanıyıblar (FOTO)

Cəmiyyət Materials 21 İyun 2011 14:08 (UTC +04:00)
Azərbaycan və Türkiyə hökumətləri arasında gənclərlə iş və idman sahəsində imzalanmış əməkdaşlıq sazişinə əsasən 30 nəfər gəncdən ibarət nümayəndə heyətinin Türkiyəyə səfəri başa çatıb.
Azərbaycanlı gənclər Türkiyəni daha yaxından tanıyıblar (FOTO)

Azərbaycan, Bakı, 21 iyun /Trend/

Azərbaycan və Türkiyə hökumətləri arasında gənclərlə iş və idman sahəsində imzalanmış əməkdaşlıq sazişinə əsasən 30 nəfər gəncdən ibarət nümayəndə heyətinin Türkiyəyə səfəri başa çatıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, səfərin əsas məqsədi gənclərin Türkiyə-Azərbaycan gənclərinin mübadilə proqramında iştirak etmələri olub.

Səfər çərçivəsində Azərbaycanlı gənclər Türkiyənin İstanbul, Yalova, Bursa və Çanakkale şəhərlərinə gedərək, Türkiyənin tarixi, mədəniyyəti, adət-ənənələri ilə yaxından tanış olublar.

Bunlarla yanaşı, Azərbaycanın nümayəndə heyəti gənclər mərkəzlərində müxtəlif yaradıcılıq işləri ilə məşğul olub, idman yarışlarında iştirak ediblər.

Səfər 13-20 iyunda həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti