...

Bakıda 40 bağca, 11 orta məktəbdə istilik sisteminə ehtiyac var

Cəmiyyət Materials 8 İyul 2011 15:12 (UTC +04:00)
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində Bakıdа 6320 şagird yerlik məktəb binası, 2 məktəbdə idman və akt zalı, 120 yerlik uşaq bağçası tikilir.
Bakıda 40 bağca, 11 orta məktəbdə istilik sisteminə ehtiyac var

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İ.İsabalayeva/

Prezident İlham Əliyevin təsdiq etdiyi "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində Bakıdа 6320 şagird yerlik məktəb binası, 2 məktəbdə idman və akt zalı, 120 yerlik uşaq bağçası tikilir.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorundan cümə günü Trend-ə verilən məlumata görə, bununla yanaşı, 36 məktəbdə və 57 uşaq bağçasında əsaslı təmir, 4 uşaq bağçasında isə bərpa və gücləndirmə işləri həyata keçirilir.

2010-2011-ci tədris ilində 10 körpələr evi - uşaq bağçasında "Azərİstilik" Açıq Səhmdar Cəmiyyəti tərəfindən istilik sistemi dəyişdirilib. Təhsil Nazirliyi tərəfindən isə 7 körpələr evi - uşaq bağçasında istilik sistemi dəyişdirilərək yenisi ilə əvəz edilib. Aparılan araşdırmalar zamanı məlum olub ki, 40 körpələr evi - uşaq bağçasında istilik sisteminin bərpasına ehtiyac var. Həmin bağçaların siyahısı artıq Təhsil Nazirliyinə təqdim edilib.

Məktəbəqədər təhsil müəssisələri ilə yanaşı, orta ümumtəhsil məktəblərinin istilik sistemi ilə bağlı vəziyyət də araşdırılıb və 11 orta ümumtəhsil ocağında da istilik sisteminin dəyişdirilməyə ehtiyacı olduğu aşkarlanıb.

Cari tədris ili müddətində Bakı şəhərində Təhsil Nazirliyi tərəfindən istilik sistemi dəyişdirilən ümumtəhsil müəssisələrinin sayı 10-dur.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində də əsaslı təmir işlərinə başlanılıb. Təmir işləri 3 müəssisəsdə aparılır. Həmin müəssisələr 13 №-li İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər (İOEUG) İdman Məktəbi, 20 №-li Uşaq Yaradıcılıq Mərkəzi (UYM) və 35 №-li Texniki Yaradıcılıq Mərkəzidir.

Təmir işlərinin 2011-2012-ci tədris ilinin əvvəlinədək yekunlaşdırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti